İçərişəhər «Cümə» məscidində Xocalı ilə bağlı tədbir keçiriləcək
Tarix: 24.02.2014 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı faciəsinin 22-ci ildönümü ölkəmizin hər yerində, o cümlədən də dini inanc yerlərimiz olan məscidlərimizdə də qeyd olunur. İçərişəhər «Cümə» məscidi dini icmasının sədri, məscidin axundu hacı Surxay Məmmədli soyqırımın ildönümü ilə bağlı bildirib ki, fevralın 26-da Azərbaycan xalqı Xocalıda törədilən soyqırımın ildönümüdür. Bu soyqırım erməni vəhşilinin nümunəsi, qəddarlığın ən zirvə nümunalərindən biridir. Bir əsrdir ki, bütün dünyaya «biz soyqırıma məruz qaldıq» yalanını qəbul etdirməyə çalışan bu xalq, 22 il əvvəl özü soyqırım həyata keçirib. Acı reallıq ondan ibarətdir ki, zaman-zaman törətdikləri cinayətlərə görə hələ də cəzadan yayınmış, heç bir beynəlxalq qurumun qətnamələrinə məhəl qoymayıblar. Bu faciə bizə canlarımız qədər əziz və dəyərli olan bacı və qardaşlarımız şəhidlik məqamına yüksəldilər. Elə bir məqama ki, bu məqam haqqında əziz islam peyğəmbəri Məhəmməd (s) buyurub: «Şəhiddən başqa ölümündən sonra, Allah yanında xeyir neymətlərdən bəhrələnən heç bir şəxs bütün dünyanı ona bağışlasalar belə yenidən dünyaya qayıtmaq istəməz, çünki o. şəhadətin fəzilətini bildiyinə görə dünya öldürülmək üçün dünyaya qayıtmasın arzulayar». Hacı Surxan bir məqama da toxunub. Bəzən bütün cəmiyyətimizə yad olan və hansısa başqa ölkələrin mənafeyini güdən ünsürlər belə bir şaiyə yayırdılar ki, guya vətəni və onun müstəqilliyini qorumaq üçün öldürülənlər şəhid hesab olunmur. Bu ya dinimizi dərindən başa düşməməyin və yaxud onu təhrif etməyin və başa düşmək istəməməyin nəticəsidir. Məgər belələrinin Hz. Rəsulullahın (s) «Ailəsi uğrunda zülmlə öldürülən şəhiddir. Qonşusu uğrunda zülmlə öldürülən şəhiddir» kəlamından xəbərləri yoxdurmu? Vətənimizi qorumağımız ailəmizi qorumağımız deyilmi? Allah torpaqlarımızın müdafiəsi və müstəqilliyimiz uğrunda öldürülən bütün şəhidlərə rəhmət eləsin və bizə də onların şəfaətinə nail olmağa nəsib etsin.
Hacı Surxay bildirib ki, bir neçə gün əvvəl Qafqaz Müsəlmanları İdarəsində faciənin ildönümü ilə bağlı böyük toplantı keçirilib, beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə faciə ilə əlaqədar bəyanat qəbul edib, respublikamızın bütün məscidlərində, dini icmalarında matəm tədbirlərinin keçirilməsi tövsiyə olunub.
Bununla əlaqədar hər il olduğu kimi İçərişəhər «Cümə» məscidində müvafiq hazırlıq işləri görülüb. Fevralın 26-da məsciddə faciə qurbanlarının, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda həlak olan bütün soydaşlarımızın xatirəsinə dualar oxunacaq, ehsan mərasimi təşkil olunacaq. Hacı Surxay icma adından bu faciədə şəhid olan soydaşlarımızın ailələrinə, Azərbaycan xalqına başsağlığı verib.

Nigar






 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info