Yaponiya şirkətləri Azərbaycana böyük maraq göstərir
Tarix: 24.02.2014 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


Tokionun “Radio Rainbowtown FM” radiosunda Azərbaycan nümayəndə heyətinin Yaponiyaya səfəri ilə bağlı xüsusi veriliş yayımlanmış, onun videogörüntüləri radionun internet portalında canlı nümayiş olunub.
Verilişdə AzərTAc-ın Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev fevralın 25-dən 28-dək Azərbaycanın hökumət üzvləri və müxtəlif şirkətlərin təmsilçilərindən ibarət böyük nümayəndə heyətinin bu gündoğar ölkəyə səfəri barədə aparıcı Soiçi İkinin və dinləyicilərin suallarını cavablandırıb. Bildirilib ki, fevralın 26-da Tokioda Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə dövlət komissiyasının və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin 8-ci birgə iclasının keçirilməsi gözlənilir. İclasda Yaponiya ilə Azərbaycan arasında ticari-iqtisadi əlaqələr müzakirə olunacaq. Bundan əlavə, nümayəndə heyətinin tərkibində Mədəniyyət və Turizm, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları, Səhiyyə, Fövqəladə Hallar nazirliklərinin, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, bir sıra şirkətlərin nümayəndələrinin olması həmin sahələrdə də əməkdaşlıqla bağlı müzakirələrin aparılacağını deməyə əsas verir.
Yaponiyanın Azərbaycanın müstəqilliyini tanıyan və onunla əlaqələr quran ilk dövlətlərdən biri olduğunu qeyd edən V.Ağayev bildirmişdir ki, ikitərəfli münasibətlərin qurulmasından ötən illər Azərbaycan-Yaponiya dostluğunun möhkəmlənməsi ilə yadda qalmışdır. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya səfərinin iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynadığı və bu səfərdən sonra əlaqələrin sürətlə inkişaf etdiyi vurğulanyıb. Bu siyasətin davamı olaraq, Prezident İlham Əliyevin 2006-cı ildə Yaponiyaya rəsmi səfəri iki ölkə arasındakı əlaqələri daha da möhkəmləndirib və əməkdaşlığın hərtərəfli inkişafına güclü təkan verib.
Qeyd edilib ki, Yaponiya ilə əməkdaşlıq sahələri arasında ilk növbədə, enerji, neft-qaz hasilatı xüsusi yer tutur. Yaponiya şirkətləri Xəzər dənizinin karbohidrogen ehtiyatlarının kəşfiyyatı, hasilatı və nəqlində fəal iştirak edirlər və onlar Azərbaycan iqtisadiyyatına 100 milyonlarla dollar sərmayə qoyublar. Yaponiyadan Azərbaycana isə avtomobillər, texniki avadanlıq, elektronika sənayesi məhsulları ixrac olunur. Bildirilib ki, yapon şirkətləri Azərbaycanda neft-kimya, neft-qaz emalı il yanaşı, səhiyyə, yüksək texnologiyalar və kosmik sənaye sahələrində əməkdaşlığa da böyük maraq göstərirlər. Yapon maliyyə institutları, hətta irihəcmli layihələrə kredit ayırmağa da hazır olduqlarını bəyan edirlər.
Bir saat davam etmiş verilişdə Azərbaycanın son illər böyük sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrildiyi qeyd olunub, ölkəmizdə həyata keçirilən nəhəng, beynəlxalq əhəmiyyətli layihələr barədə məlumat verilib.
Nümayəndə heyətinin rəhbəri, Baş nazirin müavini Abid Şərifovun bu günlərdə “Nikkey” qəzetinə müsahibəsini xatırladan V.Ağayev bildirib ki, Azərbaycan təbii qazını Avropaya çatdıracaq “Şahdəniz-2”, Trans-Anadolu boru xətti (TANAP) və Trans-Adriatik boru xətti (TAP) layihələri böyük investisiya qoyuluşu tələb edir və Azərbaycan Yaponiya şirkətlərini bu nəhəng layihədə iştiraka dəvət edir. TANAP Azərbaycan qazının Türkiyəyə, TAP isə onun Yunanıstan və Albaniya vasitəsilə Avropa ölkələrinə çatdırılmasını nəzərdə tutur. “Şahdəniz-2” yatağından hasil ediləcək təbii qazın Avropaya nəqlini nəzərdə tutan və “XXI əsrin müqaviləsi” adlanan həmin layihələrin ümumi dəyəri 45 milyard dollara bərabərdir. Bu, Yaponiya şirkətləri üçün böyük biznes imkanıdır.
Yaponiya şirkətlərinin Azərbaycana böyük maraq göstərdiyi, “İtoçu” başda olmaqla, təbii sərvətlərin hasilatı ilə əlaqəli yapon şirkətlərinin sayının artıq səkkizə çatdığı və bunun Qafqazda ən böyük rəqəm olduğu bildirilib.
Azərbaycan rəhbərliyinin təbii ehtiyatlardan bacarıqla istifadə etməsi nəticəsində ölkə əhalisinin rifah halının xeyli yaxşılaşdığı verilişdə xüsusi vurğulanıb. Bildirilib ki, ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət sayəsində yoxsulluq 5,5 faizə, işsizlik 4,8 faizə endirilib. Azərbaycanda minimum əmək haqqı və pensiyalar hər il artırılır. Prezident İlham Əliyevin neft kapitalını insan kapitalına çevirmək istiqamətində siyasəti nəticəsində Azərbaycanın sürətli inkişafı hər bir ailədə hiss olunur. Azərbaycan paytaxtı Bakı çoxmərtəbəli binaların tikinti meydançasına çevrilmişdir və Avropanın bahalı brendləri bir-birinin ardınca burada öz mağazalarını açırlar. Bununla yanaşı, regionların inkişafına da xüsusi diqqət yetirilir.
Xalqın Azərbaycan rəhbərliyinə inamı barədə sualı cavablandıran AzərTAc-ın xüsusi müxbiri bildirib ki, ölkə rəhbərliyinin həyata keçirdiyi sosial-iqtisadi siyasət əhali tərəfindən müsbət qarşılanır və dəstəklənir. Bunu ötən ilin oktyabrında keçirilmiş prezident seçkilərinin nəticələri də sübut edir. Belə ki, seçkilər əhalinin yüksək fəallığı ilə diqqəti cəlb etmişdir və seçicilərin 72,31 faizi seçki məntəqələrinə gələrək öz namizədlərinə səs veriblər. Seçkilərin azad, demokratik və ədalətli şəkildə keçirildiyi beynəlxalq təşkilatların nümayəndələri və xarici müşahidəçilər tərəfindən qeyd edilib, Preziden İlham Əliyev səslərin 84,54 faizini toplayaraq böyük qələbə qazanıb. Bu, Azərbaycan xalqının ölkə rəhbərliyinə inamının bariz nümunəsidir.
Verilişdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycandakı siyasi partiyalar, olimpiya-idman hərəkatı, ölkədə həyata keçirilən böyük infrastruktur layihələri, tikinti-quruculuq işləri və digər məsələlərlə bağlı suallar da ətraflı cavablandırılıb.
Səfərin Azərbaycan mediasında işıqlandırılması barədə suala cavab verən V.Ağayev bildirib ki, bu, AzərTAc və Azərbaycan Televiziyası vasitəsilə həyata keçiriləcək. AzərTAc Azərbaycanda fəaliyyət göstərən bütün kütləvi-informasiya vasitələri üçün rəsmi informasiya mənbəyi rolunu oynadığına görə, onlar səfər barədə məlumatları agentlik vasitəsilə əldə edərək yayacaqlar. Eyni zamanda, Yaponiya mətbuatının mövzu ilə bağlı yaydığı məlumatlardan da istifadə ediləcək.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
17.09.2018
“Türkmənistan TANAP-a iqtisadi böhrandan çıxmaq üçün yeganə çıxış yolu kimi baxır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info