Şərqşünaslıq İnstitutunda Xocalı şəhidləri anılıb
Tarix: 24.02.2014 | Saat: 17:05:00 | E-mail | Çapa göndər


AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Xocalı şəhidlərinin anım mərasimi keçirildi. Tədbirdə çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva fevralın 26-sının Azərbaycan xalqı üçün çox ağrılı bir gün olduğunu qeyd etdi. Xocalı faciəsinin iki yüz ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsi olduğunu qeyd edən Gövhər xanım, bu dəhşətli hadisənin ağır nəticələrindən söz açdı və həmin günü xalqımızın böyük hüzn və kədərlə qeyd etdiyini söylədi. G.Baxşəliyeva xocalıların erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşduqlarını və xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazdıqlarını bildirdi. Gövhər xanım Xocalının səsini bütün dünyaya bəyan etməyin hər bir azərbaycanlının borcu olduğunu söylədi və Şərqşünaslıq İnstitutunda da bununla bağlı görülən işlərdən danışdı. İnstitutda Xocalı faciəsi ilə bağlı yazılar, sənədlər və digər mühüm materiallar şərq dillərinə tərcümə edilərək yayılır. Tədbirdə institut əməkdaşlarından iqtisad üzrə fəlsəfə doktoru Əkrəm Rəhimli, hüquq üzrə fəlsəfə doktoru Sultanəli Mirzəzadə, tarix üzrə elmlər doktoru Şahin Mustafayev, tarix üzrə elmlər doktoru Solmaz Rüstəmova-Tohidi, tarix üzrə fəlsəfə doktoru Bəşarət Bəşirova və başqaları çıxış edərək, Xocalı faciəsinin Azərbaycan xalqını sarsıtdığını, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurduğunu söyləməklə yanaşı, xocalıların amansız soyqırımı günündə də özlərini əsl qəhrəman kimi apardıqlarını qeyd etdilər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb
21.01.2019
Suraxanıda 20 Yanvar faciəsinin şəhidlərinin məzarları ziyarət edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info