Qeyri-neft sektorunda 4,8 faiz artım olub
Tarix: 24.02.2014 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


Dövlət Statistika Komitəsində (DSK) 2013-cü ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə dair mətbuat konfransı keçirilib. Mətbuat konfransında DSK-nın məlumatların yayılması şöbəsinin müdiri Meri Əmirova 2013-cü ildə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini açıqlayıb. Bildirib ki, 2013-cü ildə ümumi daxili məhsul (ÜDM) istehsalı 2012-ci illə müqayisədə 5,8 faiz artaraq 57,7 milyard manata çatıb. ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 6207,3 manat (7912,5 dollar) təşkil edib və 4,4 faiz artıb. Bu dövrdə cari qiymətlərlə 84,8 milyard manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. Məhsul istehsalına sərf olunmuş mal və xidmətlərin dəyəri 27,1 milyard manat təşkil edib. 2013-cü ildə iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyərin 10 faiz artımı müşahidə olunub, bu sektorun ÜDM-də xüsusi çəkisi əvvəlki ildəki 53,5 faizdən 56,6 faizədək yüksəlib. Ümumi daxili məhsulun 43,4 faizi neft-qaz istehsalı və emalı sahələrinin payına düşüb. Sənaye məhsulu istehsalı 2012-ci illə müqayisədə 1,8 faiz artaraq 33,7 milyard manata çatıb. Sənayenin neft sektorunda 1,1 faiz, qeyri-neft sektorunda isə 4,8 faiz artım qeydə alınıb.
Məlumat verilib ki, ötən il bitkiçilik məhsulları istehsalı 4,2 faiz, heyvandarlıq məhsulları istehsalı 5,5 faiz, kənd təsərrüfatının ümumi məhsulu isə 4,9 faiz artıb. İqtisadi və sosial sahələr üzrə bütün maliyyə mənbələrindən əsas kapitala 17,9 milyard manat məbləğində vəsait yönəldilib, 11,9 milyard manatlıq tikinti-quraşdırma işləri görülüb. 2012-ci illə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin məbləği 15,1 faiz, o cümlədən tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsait 25 faiz artıb. Məhsul istehsalı obyektlərinin inşasına investisiyanın 48,3 faizi, yaxud 8,6 milyard manat sərf olunub. Vəsaitin 76,7 faizini və ya 13,7 milyard manatını daxili investisiyalar təşkil edib. Nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən il ərzində 218 milyon ton yük və 1,7 milyard nəfər sərnişin daşınıb, 2012-ci ilə nisbətən yük daşınması 3,4 faiz, sərnişin daşınması isə 8 faiz artıb. Rabitə müəssisələri əhaliyə, idarə və təşkilatlara 1528,1 milyon manatlıq rabitə xidməti göstəriblər ki, bu da 2012-ci illə müqayisədə 10,7 faiz çoxdur.
2013-cü ildə əhaliyə istehlak malları satışı 9,9 faiz artaraq 19,7 milyard manatlıq, pullu xidmətlərin həcmi isə 8,2 faiz artaraq 6,5 milyard manata çatıb.
Mətbuat konfransında, həmçinin bildirilib ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən, 2013-cü ildə ölkənin hüquqi və fiziki şəxsləri xarici dövlətlərlə 34,7 milyard dollar məbləğində ticarət əməliyyatları aparıblar. Əhalinin gəlirləri əvvəlki illə müqayisədə 8 faiz artaraq 37,6 milyard manat, hər nəfərə düşən məbləği isə 6,6 faiz artaraq 4039,6 manat olub. 2014-cü ilin əvvəlinədək ölkə əhalisinin sayı 9477,1 min nəfər təşkil edib, son bir ildə 120,6 min nəfər və yaxud 1,3 faiz artıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb
16.11.2018
Avtomobil yolları təsərrüfatının yaradılmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info