Dili asan öyrənməyin yolu
Tarix: 24.02.2014 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


Gəncliyin Elmi Mədəni İnkişafı Təşkilatı (GEMİ) "Bakı Linqvistika Məktəbi" proqramının açılışını edib. Proqram çərçivəsində ilkin olaraq linqvistika elminin araşdırıcısı və 25 dil bilən Emin Quliyevin "Linqvistikanın sirləri" adlı seminarlar keçiriləcək. Bununla yanaşı gənclər və tədqiqatçılar növbəti həftədən cədvəl üzrə keçiriləcək qeyri-formal tədris proqramı ilə müxtəlif dillərdən Emin Quliyevin təlimlərindən faydalana biləcəklər.
Ötən bazar günü GEMİ-nin ofisində ilk seminar keçirildi. Seminarı öncə GEMİ-nin sədri Sərdar Yusifoğlu açaraq iştirakçıları salamladı. O, proqramın məqsəd və məramları haqda danışaraq bildirdi ki, gənclərə asan dil öyrətməyin yolunu göstərməyə çalışırlar: “Seminarlarımız ödənişsizdir. Hər ayda iki dəfə keçiriləcək dünya dilləri, linqvistikanın inkişaf mərhələləri və dillərin öyrənilməsində müxtəlif təcrübələr, dil öyrənməyin faydaları haqda müzakirələr aparılacaq”.
Dil kursları haqda da danışan S. Yusifoğlu dərslərin qruplarda keçiriləcəyini və gənclərə maksimum endirimlərin ediləcəyini vurğuladı: “Biz çalışacağıq ki, ilkin olaraq bu işi proqram şəklində edək. Amma sonradan bu proqramı daha akademik səviyyədə həyata keçirəcəyik”.
Sonra Emin Quliyev seminara başlayaraq linqvistika elminin incəlikləri haqda məlumat verdi. O, dünya dillərinin vahid qrammatikasını özündə birləşdirən nəzəriyyə üzərində işlədiyini qeyd etdi: “Bura 25 dil daxildir. Hər dildən də təxminən 3000 söz götürülüb”.
E. Quliyev seminarda xarici dil öyrənməyin standartdan kənar fərqli metodlarından danışdı. Onun fikrincə, əcnəbi dili öyrənmək üçün ən əsas güclü qavrayış olmalıdır: “İnsan başqa dil öyrənərkən həm də dil öyrənməyin metodikasını öyrənir. Xarici dili qulaqla, yəni eşidə-eşidə daha asan öyrənmək olar. Bunun üçün də əsasən səsli tədris vasitələrindən istifadə edilməlidir ”.
Qeyd edək ki, seminarlarda iştirak üçün qeydiyyatdan keçmək zəruridir. Qeydiyyat üçün (012) 493 60-01; (050) 482 51-51, həmçinin office.gemi@gmail.com elektron poçtuna CV göndərmək lazımdır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info