Doğma Azərbaycanımızı sevək və sevdirək
Tarix: 24.02.2014 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində “Mən Azərbaycanı tanıyıram” - tələbələrarası bilik olimpiadasının bağlanış mərasimi keçirildi. Tədbiri giriş sözü ilə universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov açaraq ölkədə aparılan gənclər siyasətinin uğurlarından bəhs etdi. Vurğulandı ki, gənclərə göstərilən hərtərəfli dövlət qayğısından və dəstəyindən bəhrələnən universitet tələbələri elmdə və təhsildə fərqlənməklə yanaşı, ölkənin ictimai-siyasi, mədəni həyatında da fəal iştirak edir, nəinki respublika, beynəlxalq əhəmiyyətli tədbirlərdə, yarışlarda layiqincə təmsil olunurlar. Rektor, Naxçıvan Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə gerçəkləşən “Mən Azərbaycanı tanıyıram” bilik olimpiadasının şəffaf və obyektiv keçirilməsindən, olimpiadanın muxtar respublikada təhsil alan, fəaliyyət göstərən tələbə gənclərin intellektual potensialını üzə çıxarmaq, Azərbaycan haqqında biliklərini daha da artırmaq, onların vətənpərvərlik ruhunda yetişməsi baxmından əhəmiyyətindən danışdı. Universitet Tələbə Gənclər Təşkilatının sədri, doktorant Arzu Abdullayev “Tələbə gənclik və müstəqil Azərbaycan” mövzusunda məruzə edərək Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə, ATGTİ-nin təşkilati dəstəyi ilə 6000-ə yaxın tələbənin iştirakı ilə 6 olimpiadanın keçirilməsindən, bu olimpiadaların tələbələrin nəzəri biliklərinin təkmilləşdirilməsi, ümumi dünyagörüşlərinin zənginləşdirilməsi baxımından əhəmiyyətindən danışdı. Qeyd olundu ki, “Mən Azərbaycanı tanıyıram” bilik olimpiadası tələbələrin Azərbaycan haqqında bilik və təsəvvürlərini daha da artırmaq, onlar arasında daxili inteqrasiyanı gücləndirmək və sağlam rəqabət formalaşdırmaq, tələbə gəncliyi bir araya toplamaq, onlardan yüksək bilik və bacarığa malik olanları qiymətləndirmək məqsədi daşıyır. Olimpiadada bütövlükdə 350-yə yaxın tələbə iştirak edib, onlardan 90 nəfəri yüksək nəticə göstərərək II mərhələyə vəsiqə qazanıb. II turda 78 tələbə arasında gərgin və inadlı bilik mübarizəsi gedib, qaliblər müəyyənləşdirilib. Tələbə Gənclər Təşkilatın sədri Arzu Abdullayev sonda həyata keçirilməsi nəzərdə tutulan digər layihələr barədə də məlumat verərək Ali Məclisin Sədrinin rəhbərliyi ilə muxtar respublikada gənclərin hərtərəfli inkişafına və asudə vaxtlarının səmərəli təşkilinə yaradılan şəraitə görə minnətdarlığını bildirdi. Sonra universitet rəhbərliyi tərəfindən olimpiadanın qaliblərinə diplomlar və hədiyyələr təqdim olundu. Qeyd edək ki, olimpiadada I yerin qalibi Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin III kurs tələbəsi Nubar Şahgəldiyeva olub, II və III yerləri isə Hüquq fakültəsinin I və III kurs tələbələri Mətin Quluzadə və Əziz Qasımov bölüşüblər. Qalib üçlük də daxil olmaqla yüksək nəticə göstərən on nəfər tələbə xüsusi diplom və hədiyyələrlə, digər iştirakçılar isə sertifikat və həvəsləndirici mükafatlarla təltif olundular. Tədbirdə Naxçıvan Dövlət Universitetinin 2013-cü ildə təhsil aldıqları müəssisənin Tələbə Gənclər Təşkilatında göstərdikləri uğurlu fəaliyyətə görə ATGTİ tərəfindən diplomlara layiq görülmüş 5 tələbəsi də rektoluq tərəfindən mükafatlandırıldı.

Mehriban Sultan
NDU-nun mətbuat şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib
25.09.2018
“Loqos” psixoloji maarifləndirilmə sahəsində yeni bir fəaliyyətə imza atıb
25.09.2018
Azərbaycana, o cümlədən Naxçıvana gələn turistlərin sayını artırmaq üçün geniş imkanlar var

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info