Georgi Kvirikaşvili: “Mərkəzi Asiya ölkələri və Çin Bakı-Tbilisi-Qars dəmiryoluna maraq göstərir”
Tarix: 24.02.2014 | Saat: 18:23:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan və Gürcüstan nümayəndə heyətlərinin iştirakı ilə Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu layihəsinin Əlaqələndirmə Şurasının 18-ci iclası işə başlayıb. Azərbaycan tərəfdən nəqliyyat naziri Ziya Məmmədovun, Gürcüstan tərəfdən Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvilinin rəhbərliyi ilə keçirilən görüşdə BTQ-nin Marabda- Kartsaxi hissəsinin inşası və yenidən qurulması məsələləri müzakirə olunur. Georgi Kvirikaşvili jurnalistlərə müsahibəsində bildirib ki, .Bakı-Tbilisi-Qars dəmiryolu xətti Gürcüstan, Azərbaycan və Türkiyə üçün strateji önəmi olan layihədir: “Bu dəmiryolu ölkələrimiz arasında qonşuluq, dostluq və ticarət əlaqələrinin güclənməsinə öz töhfəsini verəcək. Artıq Mərkəzi Asiya ölkələri və Çin bu dəmiryoluna maraq göstərirlər. Düşünürəm ki, digər ölkələr də ondan istifadə edəcəklər. Dəmiryolunun keçdiyi marşrut boyunca torpaq sahələrinin alınması ilə bağlı yaranan problemlər artıq həllini tapıb. Gürcüstan işlərin vaxtında başa çatdırılması üçün bütün lazımi səyləri göstərəcək. Ümumiyyətlə, dəmiryolunun 2015-ci ildə tam işə salınması planlaşdırılır”.




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Neftin qiyməti 19 faizə qədər artıb
15.09.2019
Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlığı Bakıda müzakirə edəcəklər
15.09.2019
Polşa-Azərbaycan ticarət əlaqələri artacaq
14.09.2019
Kiçik və orta biznes sektorunda müsbət dəyişikliklər müşahidə edilməkdədir
14.09.2019
Azərbaycan İordaniyaya bal ixrac edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info