Səfir Pakistan mətbuatında Xocalıya dair məqalə yazdı
Tarix: 24.02.2014 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


Pakistanda və xarici ölkələrdə yaşayan Pakistan icmaları arasında böyük nüfuza malik olan ingilis dilli "Daily Times", həmçinin urdu dilli "Daily Pardez" qəzetlərində və "Pakistan in the World" informasiya agentliyində Azərbaycanın bu ölkədəki səfiri Daşqın Şikarovun "Xocalı soyqırımı. Dünya ölkələri Pakistandan örnək götürməlidirlər" adlı məqaləsi dərc olunub.
Azərbaycanın Pakistandakı səfirliyinin yaydığı məlumata görə, məqalədə Ermənistanın Azərbaycana qarşı torpaq iddiaları irəli sürdüyü, 1988-ci ildən başlayaraq yüz minlərlə azərbaycanlının öz torpaqlarından didərgin salındığı bildirilib. Belə ki, müstəqilliyinin ilk günlərini yaşayan Azərbaycan Ermənistan tərəfindən işğala məruz qalıb, təcavüz nəticəsində Dağlıq Qarabağ və Azərbaycanın digər 7 rayonu işğal olunub, on minlərlə insanın öldürülüb, yaralanıb və ya itkin düşüb. Münaqişənin hüquqi tərəfinə diqqət cəlb edən səfir işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının 4 və BMT-nin Baş Assambleyasının 3 qətnaməsi, Qoşulmama Təşkilatı, İƏT, Avropa İttifaqı, NATO, ATƏT kimi mötəbər beynəlxalq təşkilatların qərarlarına, habelə digər müraciətlərə məhəl qoymadığını bildirib. D. Şikarov məqalədə Xocalıda baş vermiş hadisələrin bu münaqişənin ən qara səhifələrindən olduğunu bildirib, yeddi min əhalisi olan Xocalı şəhərinin 1991-ci ildən başlayaraq erməni silahlı qüvvələri tərəfindən mühasirədə saxlanıldığını və fevral ayının 25-dən 26-a keçən gecə keçmiş sovet ordusunun motoatıcı alayının köməyi ilə hücuma məruz qalaraq tamamilə məhv edildiyini vurğulayıb. Həmin dəhşətli gecə zamanı azyaşlı uşaqlar, ahıllar da daxil olmaqla yüzlərlə günahsız mülki insan xüsusi qəddarlıqla öldürülüb, minlərlə insan yaralanıb, əsir götürülüb və ya itkin düşüb.
Səfir Xocalı soyqırımının əsas iştirakçılarından biri olan Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan və terrorçu M.Melkonyandan sitatlar gətirərək bu kütləvi qırğının ermənilər tərəfindən düşünülmüş və əvvəlcədən hazırlanmış bir soyqırımı olduğunu sübuta yetirib.
Məqalədə qeyd olunub ki, 22 aprel 2010-cu il tarixində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Xocalıda törədilmiş qırğını "...hərbi cinayət və ya insaniyyətə qarşı cinayət" adlandırıb.

Daha sonra müəllif 1948-ci ildə BMT-nin Baş Assambleyasında qəbul olunmuş "Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması" konvensiyası haqqında məlumat verərək Azərbaycan və Ermənistanın imzaladığı bu sənədin "Soyqırım - milli, etnik, irqi və dini qrupların tamamilə və ya qismən məhv edilmək niyyəti ilə həyata keçirilmiş aksiyadır" paraqrafına istinad edib və bu cinayətin məhz soyqırım olduğunu diqqətə çatdırıb. Yazıda Xocalıda törədilmiş soyqırımın Ermənistanın XX-ci əsrin əvvəllərindən başlayaraq Azərbaycana qarşı yürütdüyü sistematik və davamlı zorakılıqların tərkib hissəsi olduğu vurğulanıb. İrqi alilik, etnik fərqlilik və azərbaycanlılara qarşı nifaq ideyalarının Ermənistan siyasətinin əsasını təşkil etdiyi açıqlanıb.
Məqalədə Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə təsis edilmiş "Xocalıya ədalət!" beynəlxalq məlumat və təşviqat kampaniyasının fəaliyyəti haqqında məlumat verilib.
Vurğulanıb ki, bu kampaniyanın və eyni zamanda Azərbaycan dövləti və geniş ictimaiyyətinin Xocalı həqiqətlərinin, Ermənistanın işğalçılıq siyasətinin dünyaya çatdırılması istiqamətində apardığı mühüm iş nəticəsində bir neçə dünya ölkəsi, nüfuzlu beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyan qətnamələr qəbul ediblər.
Pakistan mətbuatında dərc edilmiş məqalə "...Pakistan Senatı 01.02.2012-ci il tarixində Xocalı soyqırımını tanımış, bu cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsini tələb etmişdir. Senatın 05.10.2013-cü il tarixli qətnaməsində isə Pakistanın Dağlıq Qarabağ məsələsindəki prinsipial mövqeyi bir daha vurğulanmışdır. Həmçinin 20.02.2014-cü il tarixində də Pakistanın 100-dən çox tanınmış ictimai-siyasi xadimləri Xocalı soyqırımını bir daha yad etmişlər. Biz bu addıma görə Pakistana dərin minnətdarlığımızı bildirməklə yanaşı, bütün dünya ölkələrini Pakistandan örnək götürməyə çağırırıq" - sözləri ilə yekunlaşıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info