Kölndə izdihamlı Xocalı mitinqi olub
Tarix: 24.02.2014 | Saat: 19:01:00 | E-mail | Çapa göndər


Almaniyanın Köln şəhərində Alman-Azərbaycan Mədəniyyət Evi, Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyi və Alman Türkiyə Məzunları Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımı ilə bağlı "Köln Ev" adlanan yerdə yürüş mitinq keçirilib. İctimai Birlikdən verilən məlumata görə, mitinqə müxtəlif Avropa ölkələrindən gəlmiş insanlar, o cümlədən Köln-Dayanışma Azərbaycan Dərnəyinin rəhbəri Ufuk Kamal, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, Alman-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Naiba Hacıyeva, Köln Ülkü Ocaqları, Atatürkçü Düşüncə Dərnəyinin, müxtəlif diaspor fəalları, həmçinin almanlar dəstək veriblər. Səsgücləndirici ilə Xocalı soyqırımı və Qarabağla bağlı alman dilində məlumat verilib, çıxışlar dinlənilib. Almaniya vətəndaşları və müxtəlif ölkələrdən olan turistlər mitinqi maraqla qarşılayıblar. Onlara Xocalı soyqırımı ilə bağlı broşürlər paylanılıb. Xüsusilə, gənclərimiz ayrı-ayrılıqda turistlərə Xocalı soyqırımı və Qarabağ münaqişəsi haqqında məlumat veriblər. Alman polisinin verdiyi xəbərə görə, mitinqdə 500-dən yuxarı insan iştirak edib.
Daha sonra isə tədbir çıxışlarla davam etdirilib.
Öncə çıxış edən Alman-Azərbaycan Mədəniyyət Evinin icraçı direktoru Rəşad Xasayoğlu Xocalı soyqırımı ilə bağlı məlumat verib. Sonra sözü Soyqırım Həqiqətlərini Tanıtma İctimai Birliyinin sədri Ceyhun Ələkbərova verib.
Ceyhun Ələkbərov bildirib ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xocalı şəhərinə hücum edərək şəhəri yerlə yeksan edib, insanları kütləvi şəkildə qətlə yetiriblər: "Bu vəhşilikəri yaşayan və görən bir insan kimi, o hadisələri sizlərin təsəvvüründə canlandırmaq mənim üçün çox çətindir. Xocalının işğalından sonra sağ qalan insanlar qırğından canlarını qurtarmaq üçün müxtəlif istiqamətlərə hərəkət etdilər. Onlar Xocalıdan 10 km uzaqlıqda vəhşicəsinə qətlə yetirildilər və girov götürüldülər. Ermənilər öldürülmüş cəsədlər üzərində insanlığa sığmayan vəhşiliklər etdilər. Girov götürülmüş insanların orqanları çıxarılaraq, orqan mafiyalarına satılırdı. Bu da onu göstərir ki, ermənilər bunu öncədən planlaşdırıblar və planlaşdırdıqları kimi bir şəhərin, bir soyun yer üzündən silinməsini sistemli şəkildə həyata keçiriblər. Bu da 1948-ci il Cenevrə Konvensiyasının Genosid aktının müddəalarına görə, soyqırımı aktıdır. Hadisənin üzərindən 22 il keçməsinə baxmayaraq, bu qətliam hələ də dünya birliyi tərəfindən layiqincə qiymətləndirilməyib və icraçılar cəzalandırılmayıblar.
Biz xocalılıların tək istəyi dünyanın bu hadisəyə duyarsız qalmaması bu qətliamı bir türkün və müsəlmanın qətliamı kimi deyil, insanlığın məhv edilməsi kimi dəyərləndirməsidir. Onu da bildirim ki, dövlətimizin bu istiqamətdə, ümumiyyətlə ümummilli məsələlərlə bağlı sistemli şəkildə gördüyü işlər effektiv nəticəsini verməkdədir. Bu məsələlərdə diaspor təşkilatlarımızın gördüyü işlər danılmazdır. Bu da yaxın gələcəkdə Xocalı soyqırımını dünya birliyi tərəfindən soyqırım aktı kimi tanınmasına təkan verəcək"
Sonra çıxış edən Dünya Azərbacanlıları Əlaqələndirmə Şurasının üzvü, Dünya Azərbaycanlıları Konqresinin idarə heyətinin üzvü Səftər Rəhimli bildirib ki, ikiyə bölünmüş Azərbaycan daim erməni terroru ilə üz-üzə qalıb: "Bu soyqırım aktlarının ən dəhşətlisi Xocalı qətliamıdır. Burada yaşayan türklər mövqelərindən, düşüncələrindən asılı olmayaraq, ümummilli məsələlərlə bağlı həmrəylik nümayiş etdirməli, bir olmalıdırlar. Xocalı soyqırımı ilə bağlı mühüm işlər görülür. Bu tədbir də həmin işlərin tərkib hissəsidir və belə tədbirlər sistemli şəkildə davam etdirilməlidir".
Mitinqin sonunda Kölndə yaşayan tarzən Vahid Vəliyevin ifasında "Bayatı-Şiraz" muğamı səsləndirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info