Ukraynada maaş ödəmək üçün büdcədə pul qalmayıb
Tarix: 24.02.2014 | Saat: 19:04:00 | E-mail | Çapa göndər


“Mən Ukrayna Milli Bankından, Dövlət Xəzinədarlığından məlumat aldım ki, dövlət büdcəsi talan edilib. Dövlət iflas həddinə çatdırılıb”. UNİAN-nın verdiyi məlumata görə, bunu Ali Rada fraksiyalarının razılaşdırıcı komissiyasının iclasında “Batkivşina” (Vətən) fraksiyasının lideri Arseni Yasenyuk deyib. O bildirib ki, Viktor Yanukoviçin Kiyev ətrafındakı Mejiqorye iqamətgahının və digər bu tipli tikililərin necə əmələ gəldiyi indi anlaşılır.
A. Yasenyuk hazırda büdcə təşkilatlarında çalışanların əmək haqlarının ödənməsində 10 günlük gecikmə olduğunu və maaş ödəmək üçün büdcədə pul olmadığını söyləyib. O, Qərbin maliyyə yardımının zəruri olduğunu və Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq proqramını bərpa etməyin vacibliyini vurğulayıb. A. Yasenyuk ABŞ-ın maliyyə naziri ilə telefon əlaqəsi saxladığını da açıqlayıb: “O bildirdi ki, Ukraynaya maliyyə yardımı prosesinə başlanıb və hər şey milli etimad hökumətinin nə qədər tez formalaşacağından asılıdır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info