“İkili standartlar Xocalı soyqırımının tanınmasına maneçilik törədir”
Tarix: 24.02.2014 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Anım mərasimində AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyev çıxış edərək bildirib ki, Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur. Azərbaycan xalqı və onun dövləti Xocalı faciəsini heç vaxt unutmur. Ümummilli lider Heydər Əliyev Xocalı faciəsi ilə bağlı 1 mart 1994-cü ildə xüsusi fərman imzalayıb, Milli Məclisinin qərarı ilə 26 fevral «Xocalı soyqırımı və milli matəm günü» elan olunub və hər il qeyd edilir. 2012-ci ildə Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar dövlət başçımız İlham Əliyevin təşəbbüsü ilə Bakı şəhərində siyasi baxışlarından asılı olmayaraq yüz minlərlə insanın qatıldığı izdihamlı yürüş təşkil edilib, Azərbaycan və türk diasporunun təşəbbüsü ilə dünyanın iri mədəniyyət mərkəzlərində tədbirlər keçirilib. Qardaş Türkiyədə Xocalı faciəsinin 20 illiyi ilə bağlı bizim iştirakımızla keçirilmiş həmrəylik nümayişləri bir daha erməni vandalizminin iç üzünü dünyaya nümayiş etdirdi. Bu il həmin tədbirin təkrar edilməsinə qərar verilib. Təəssüf ki, bu günədək dünyada mövcud olan ikili standartlar erməni qəsbkarlarının Xocalıda törətdikləri faciənin dünya dövlətləri tərəfindən soyqırımı kimi tanınmasına maneçilik törədir. Lakin Azərbaycanın siyasi rəhbərliyinin, o cümlədən xaricdəki diplomatlarımızın apardıqları gərgin işin nəticəsində İslam Konfransı Təşkilatı Xocalı faciəsi ilə bağlı xüsusi qərar qəbul edib. Bir sıra dünya ölkələrinin, o cümlədən Meksika, Pakistan, Kolumbiya, Çexiya Parlamentləri və digərləri əsil obyektivlik nümayiş etdirərək XX əsrin ən böyük soyqırımı olan Xocalı faciəsini müzakirə edib tanıyıblar. Eyni zamanda ABŞ-ın Massaçusett, Texas, Nyu-Cersi və Jorciya ştatlarının nümayəndələr palatası da faciəni qətliam kimi tanıyıblar. Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilən «Xocalıya ədalət!» beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası da bu siyasi kursun həyata keçirilməsində, xüsusilə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında uzaqgörənliklə düşünülmüş uğurlu bir strategiyadır. «Xocalıya ədalət!» əslində «Azərbaycana ədalət!» deməkdir. Bu kampaniyaya qoşulmaq isə Vətənini, xalqını sevən hər bir azərbaycanlının borcudur. S.Mehbalıyev daha sonra deyib ki, Azərbaycan Həmkarlar İttifaqları Qarabağ probleminin həlli ilə bağlı Prezident İlham Əliyevin fəaliyyətini tam müdafiə edir, bu problemin sülh yolu ilə həll olunmasını istəyir: “Lakin qarşı tərəfin danışıqlarda saxta mövqeyi bizi qane edə bilməz. Azərbaycan xalqı ərazi bütövlüyünün təmin olunması üçün bütün imkanlarından, o cümlədən, torpaqlarının güc yolu ilə geri qaytarılması hüququnu özündə saxlayır və lazım gəldikdə bundan istifadə edəcək. Buna Beynəlxalq Hüquq Normaları, BMT, ATƏT və digər təşkilatların qətnamələri, Müstəqil Azərbaycanın iqtisadi gücü və siyasi iradəsi imkan verir. Ayrı-ayrı ölkələrin həmkarlar ittifaqı liderləri ilə görüşlərimizdə, beynəlxalq tədbirlərdə, o cümlədən respublikamıza gələn xarici həmkarlar ittifaqı liderlərinə bu faciənin əsil səbəblərini, miqyasını və mahiyyətini çatdırmaq bizim insanlıq borcumuzdur. KİV-də bu faciənin acı nəticələrini dünya ictimaiyyətinə çatdırmaqla hər bir insanın qəlbinə yol tapmalı, yalançı, fitnəkar və maskalanmış ermənilərin iç üzünün açılması üçün qətiyyətli addımlar atmalıyıq. Hesab edirəm ki, bu sahədə aparılan işlər getdikcə öz bəhrəsini verməlidir”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
“Strateji Menecment Məktəbi” layihəsinin təlimləri başa çatıb
15.02.2019
Neftçalakı günərzi qayğı mərkəzində uşaqlara reabilitasiya yönümlü sosial xidmətlər göstərilir
15.02.2019
Aldığınız məhsulu barkod ilə necə yoxlaya bilərsiz?
15.02.2019
Gədəbəy Rayon İcra Hakimiyyəti öz “asan xidmət”ini yaratdı
14.02.2019
Binəqədi RİH yanında İctimai Şura Uşaq Gənclər İnkişaf Mərkəzində tədbir keçirib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10598

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info