XX əsrin ən dəhşətli faciəsi
Tarix: 24.02.2014 | Saat: 19:36:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Xocalı faciəsinə həsr olunmuş internet aksiyası keçirilib. Aksiyanı giriş sözü ilə universitetin rektoru, professor Saleh Məhərrəmov açaraq, Qarabağ münaqişəsi dövründə ən müdhiş, faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri, Qarabağın ən qədim insan məskənlərindən olan Xocalıda törədilmiş soyqırımı olduğunu aksiya iştirakçılarının nəzərinə çatdırıb. Xocalı faciəsi XX əsrin ən dəhşətli və qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə dayanır. Ulu öndər Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman imzalayıb, Milli Məclisin Qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilib. Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri, Azərbaycan TGTİ sədr müavini Arzu Abdullayev internet aksiyasının keçirilməsinin məqsəd və vəzifələri haqqında məlumat verib. Sonra internet aksiyası başlandı və aksiya iştirakçıları mətnlər, fotoşəkillər və slaydlar şəklində xarici universitetlərin elektron poçt ünvanlarına Xocalı faciəsi barədə məlumatlar göndəriblər. Aksiyanın keçirilməsində əsas məqsəd Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdırmaq olub. Xatırladaq ki, internet aksiyası ərzində 100-dən çox ölkənin 300-ə yaxın elektron poçt ünvanlarına Azərbaycan həqiqətləri çatdırılıb. İnternet aksiyasından sonra, universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş konfrans keçirilib. Konfransda əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Universitetin rektoru, professor Saleh Məhərrəmov çıxış edərək, Xocalı faciəsini Ermənistanın Azərbaycana qarşı yürütdüyü soyqırım və deportasiya siyasətinin, qondarma “Böyük Ermənistan” iddialarının, o zamankı Azərbaycan iqtidarının qətiyyətsiz və laqeyd fəaliyyətinin ağır nəticəsi kimi qiymətləndirib. Çıxışda Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində Azərbaycan dövlətinin və diasporunun məqsədyönlü fəaliyyətindən bəhs olunub. Qeyd olunub ki, gələcək nəsillər bu faciələri unutmamalı, vətənpərvərlik və milli həmrəylik nümayiş etdirməlidirlər. Universitetin “Arxiv işi və muzeyşünaslıq” kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Məmməd Əliyev “Xocalı soyqırımı zəmanəmizin ən dəhşətli faciəsidir” mövzusunda məruzə edərək, bəşər tarixində indiyədək görünməmiş müdhiş faciə, insanlığa ləkə, qanlı qətliam olan Xocalı soyqırımı haqqında ətralı məlumat verib. Məruzəçi vurğulayıb ki, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə, sivilizasiyalı dünyaya qarşı yönəldilmiş bu cinayəti törədənlər öz layiqli hüquqi cəzalarını alacaqlar. Sonda Xocalı soyqırımı həqiqətlərini əks etdirən film nümayiş etdirilib.
Mina Qasımova
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
“Azərişıq” Xəzər rayonuna 10 komplekt transformator məntəqəsi göndərib
21.02.2019
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu regionlarda təlimlərə başlayıb
21.02.2019
Gömrükdən kişmiş adıyla narkotik vasitə keçirmək istədi
21.02.2019
Yaponiya səfiri “Khazar“ Avtomobil Zavodunda olub
21.02.2019
Ermənistan atəşkəs rejimini 26 dəfə pozub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info