Şimon Peresin Sülh Mərkəzində “Xocalıya Ədalət” [Yenilənib]
Tarix: 24.02.2014 | Saat: 20:28:00 | E-mail | Çapa göndər


2013-ci ilin fevralında Xocalı faciəsinin 21-ci ildönümü ərəfəsində İsraildə, 20 əsrin ən dəhşətli və qanlı insan faciəsinə - Xocalı soyqırımına həsr olunan "Justice for Khojaly" sənədli fotosərgisi açıldı. Açılış mərasimi Təl-əviv Universitetinin Diaspor muzeyində keçirilib. Heydər Əliyev Fondunun dəstəyi ilə İsrail-Azərbaycan Beynəlxalq Təşkilatı (Aziz) tərəfindən təşkil olunub.
“İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasına (“Azİz”) istinadla xəbər verir ki, “Azİz” Beynəlxalq Assosiasiyasının Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil etdiyi “Xocalıya ədalət” sərgisi ötən il İsrailin 10 şəhərini dolaşıb. Sərgi ilə minlərlə israilli tanış olub. Onların arasında faciə barədə məlumatı olanlar da olub, barəsində ilk dəfə eşidənlər də. Buna baxmayaraq, sərgi istisnasız olaraq hər kəsdə silinməz təəssürat oyatmış və bir daha sübut edib ki, mərhəmətin və insanlığın nə milliyyəti, nə də dini var.
Dünən Xocalı faciəsinin 22-ci il dönümü ərəfəsində "Justice for Khojaly" kampaniyası Tel-Əviv şəhərində yerləşən Şimon Peres Sülh Mərkəzində keçirildi. Qeyd edək ki, bir il ərzində bu sənədli fotosərgi İsrailin 10 əsas mərkəz şəhərlərində təşkil olunmuşdu və bu fotosərgini minlərlə insan seyr edib. Onların arasında faciə barədə məlumatı olanlar da olub, barəsində ilk dəfə eşidənlər də. Buna baxmayaraq, sərgi istisnasız olaraq hər kəsdə silinməz təəssürat oyadıb və bir daha sübut edib ki, mərhəmətin və insanlığın nə milliyyəti, nə də dini var.
Sənədli fotosərgini və anım mərasimini İsrailin daxili işlər nazirinin müavini, Knesset üzvü Faina Kirşenbaum, Knessetin Diaspor və Absorbsiya Komissiyasının sədri Yoel Razvozov, Knessetin xarici işlər və təhlükəsizlik komissiyasının üzvü, general Fuad Binyamin Ben Eliezer, deputat Rina Frenkel ziyarət ediblər. Xüsusi olaraq İsrailə bu anım mərasimində iştirak etmək üçün Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fuad Muradov səfər edib.
Gecəni “Azİz” Assosiasiyası nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman açıb. Salman qeyd edib ki, misli görünməmiş vəhşiliklə törədilmiş Xocalı soyqırımı XX əsrin ən qorxunc faciələrindən biridir. ”Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri – Xocalı şəhəri bir gecədə yerlə-yeksan edilərək yandırılıb. Bu faciə bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələri şəhəri və onun ətraflarını tərk etməyə macal tapmamış heç bir xocalıya aman verməmişlər. Erməni silahlı birləşmələrinin əməlləri nəticəsində 613 nəfər qətlə yetirilib, 487 adam əlil olub, 1275 dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək görünməmiş işgəncələrə, təhqirlərə məruz qalıblar”Salman deyib.
Sonra “Azİz”in prezidenti Aleks Miller çıxış edərək deyib: “Bu gün biz bura Xocalı şəhərinin xüsusi amansızlıqla məhv edilmiş dinc sakinlərinin xatirəsini anmağa toplaşmışıq. Dünya bu faciə barədə həqiqəti bilməlidir. Ümidvaram ki, İsraildə bizim, buna bənzər təşkilatların başqa ölkələrdə gördükləri bütün işlər Azərbaycan xalqının ədalətə nail olmasına, sülh və əmin-amanlıq əldə etməsinə kömək edəcək”. A.Miller İsrail və Azərbaycan xalqlarının yaxınlaşması üçün “Azİz” fəallarına minnətdarlığını bildirib. Miller çıxışının sonunda sərgiyə gələnlərin ürək sözlərini yazdıqları “Rəy kitabı”nı təntənəli şəkildə Fuad Muradova təqdim edib.
Çıxışında sərgi təşkil etmək ideyasının necə yarandığını xatırlayan Milli Məclisin deputatı Fuad Muradov Azərbaycanın düşdüyü geosiyasi vəziyyət və həmin vəziyyətin günahsız qurbanları barədə həqiqi informasiyanın dünya xalqlarına çatdırılması üçün mümkün olan hər şeyi etmiş Heydər Əliyev Fondunun, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü olan “Xocalıya ədalət” kampaniyasının gördüyü böyük işdən danışıb. O deyib: “Biz heç nə zəbt etməmişik və başqasının heç nəyi bizə lazım deyildir. Ölkədə milyonlarla qaçqın var və onların yaşaması üçün az-çox münasib şərait yaratmağa yalnız bu yaxınlarda nail olmuşuq. Lakin onların hamısı doğma yurd-yuvalarına qayıtmaq istəyir...
Təcavüzkarlıq və zorakılıq Ermənistana yaxşı heç nə verməmişdir. Bu gün bu respublika müflisləşmək həddindədir. Biz erməni xalqının pisliyini istəmirik. Ona yalnız yaxşılıq və əmin-amanlıq arzulayırıq. Lakin korrupsiyaya qurşananlar və təcavüzkarlar Ermənistanda hakimiyyət başında olduqca, xalqın rifahı və Azərbaycan xalqı ilə sülh böyük sual altındadır. Biz dialoqa hazırıq. Lakin bu gün Azərbaycanın və Ermənistanın dinc yanaşı yaşamasında maraqlı olmayan çoxsaylı qüvvələr vardır. Həmin qüvvələr bilməlidirlər ki, Azərbaycan əvvəlki deyildir və yenidən vətəndaşlarının qanının tökülməsinə yol verməyəcək”.
Sonra Litva rejissoru Mindauqas Urbanoviçyusun çəkdiyi “The Endless Korridor” (“Sonsuz dəhliz”) sənədli filmi nümayiş etdirilib.
Gecənin sonunda İsrail Yazıçılar İttifaqının üzvü, şairə Batsion Abramovanın Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş şeirləri səslənib, həlak olanların ruhuna dualar oxunub.

İlkin




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info