Strasburqda Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib
Tarix: 24.02.2014 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


Azərbaycanın Avropa Şurası yanında Daimi nümayəndəliyi tərəfindən Fransanın Strasburq şəhərində yerləşən XIV əsrə aid "Sen Pyer-lö-Jön" ( Saint Pierre-le-Jeune) kilsəsində XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib. Bu barədə daimi nümayəndəlikdən verilən məlumatda deyilir.
Anım mərasimində Avropa Şurası yanında akkreditasiya olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan və Türkiyə diaspor təşkilatlarının təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri, kilsə üzvləri, xarici qonaqlar, Strasburq Universitetində təhsil alan azərbaycanlı və əcnəbi tələbələr, eləcə də Elzas regionunda yaşayan soydaşlarımız iştirak ediblər.
Mərasimdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Emin Eyyubov Xocalı soyqırımı haqqında geniş məlumat verib. Səfir bildirib ki, "Qafqazın Srebrenitsası" adlandırılan Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri dinc əhaliyə qarşı soyqırım aktını həyata keçiriblər. Şəhərin əhalisi məhz azərbaycanlı olduğu üçün Ermənistan ordusu tərəfindən kütləvi qırğına məruz qalıb. Xocalıda cinayətkar ordu qocalara, uşaqlara, qadınlara misli görünməmiş divan tutulub.
Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla 20 faiz ərazisini işğal etdiyini bildirən səfir münaqişənin danışıqlar vasitəsilə həlli ilə ABŞ, Fransa və Rusiyanın həmsədrliyi ilə ATƏT-in Minsk qrupu məşğul olduğunu bildirib. O, Azərbaycanın münaqişənin ərazi bütövlüyü və beynəlxalq hüquq prinsipləri əsasında dinc yolla həllinə tərəfdar olduğunu dəfələrlə bəyan etdiyinə baxmayaraq, Ermənistanın işğalçılıq və hərbi təcavüz siyasətindən bu gün də əl çəkmədiyini ifadə edib. "Xocalıya ədalət" kampaniyası haqqında məlumat verən diplomat Azərbaycan xalqının bütün dünyanın sülhsevər dövlətləri və xalqlarından Xocalıya ədalət istədiyini xüsusilə vurğulayıb.
Səfir, habelə Xocalı soyqırımının dünyanın bir çox ölkələri tərəfindən soyqırım cinayəti kimi tanındığını qeyd edib və bunu Azərbaycanın xarici siyasətinin uğuru olduğunu diqqətə çatdırıb.
Sonra çıxış edən fransız bəstəkar, "Xocalı 613" əsərinin müəllifi Pyer Tilua (Pierre Thilloy) qeyd edib ki, Azərbaycanı yaxından tanıyandan sonra ölkəmizə sözün həqiqi mənasında heyran olub. Bəstəkar Azərbaycanın ən ağrılı yaralarından olan Xocalı soyqırımı haqqında məlumat aldıqdan sonra "Xocalı 613" əsərini bəstələdiyini və soyqırım qurbanlarının acılarını musiqinin dili ilə ifa etdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, anım mərasimində Bordo və Strasburq filarmonik orkestrlərinin solistlərindən ibarət musiqi qrupu P.Tiluanın Xocalı soyqırımının qurbanlarına həsr etdiyi "Xocalı 613" əsərinin simli kvartet üçün uyğunlaşdırılmış versiyası ilə yanaşı, Xəyyam Mirzəzadə və Ciakomo Puçininin (Giakomo Puccini) də əsərlərini ifa edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib
20.11.2018
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info