Rusiyalı işəgötürənlər miqrantları mənzil və həkimlə təmin edəcək
Tarix: 24.02.2014 | Saat: 23:40:00 | E-mail | Çapa göndər


Rusiya hökuməti miqrant işçilərin işə götürülməsi tələblərini sərtləşdirilmək istiqamətində yeni qanunlar qəbul etməkdə davam edir. Yeni qanunun əsas müddəaları bu yaxınlarda dərc edilmiş dövlət saytında öz əksini tapıb. Qanuna əsasən, işə götürülən miqrantlara mənzil, tibbi xidmət və təhlükəsizlik təminatı veriləcək.
Xarici işçilərə, öz növbəsində, işə götürülərkən peşə təhsili barədə sənəd təqdim etmək lazım gələcək. Lakin diplom və ya sertifikat yalnız “xüsusi bilik” sahiblərinə şamil ediləcək. Onlara Rusiyaya gəlmək üçün viza sistemi tətbiq edilməyəcək. Bunlar yeni qanunda ifadə edilib. Ümumilikdə, hökumət bu qanunu dəstəkləyir. Bununla belə, Dövlət Dumasının qanunu qəbul edəcəyi tarix barədə konkret məlumat verilmir. Üstəlik, miqrant işçilər məşğulluq idarəsinin razılığı əsasında iş əldə etməklə yanaşı, xüsusi hüquq, müvəqqəti yaşayış və ya yaşayış ünvanı icazəsi əldə edəcək.
Qeyd edək ki, müvafiq tələblərlərin əks olunduğu bu qanun indi Dövlət Dumasının nəzarətindədir. Qanunun birinci oxunuşda qəbul ediləcəyi ehtimal olunur. Bu qanun qəbul edilərsə, əcnəbilər də tibbi sığorta xidmətindən yararlanacaqlar.
Lakin bununla belə, Rusiyada azı altı ay müddətində işləmək üçün gəlmək istəyənlərdən dövlət pensiya sığortası haqqında şəhadətnamə təqdim etmək tələb olunmayacaq.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info