“İran yekun razılaşmadan sonra uranı zənginləşdirə bilər”
Tarix: 25.02.2014 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


ABŞ dövlət katibinin müavini Vendi Şerman İranla “altılıq” ölkələri arasında yekun razılaşmanın əldə olunmasından sonra rəsmi Tehranın uranı zənginləşdirməsinin şərtlərini açıqlayıb.
Vendi Şerman İsraildə jurnalistlərə açıqlamasında bildirib ki, İran öz ehtiyacları üçün ölkə daxilində uranı məhdud çərçivədə, tam nəzarət altında, yoxlanılması mümkün olan qədər və müəyyən ölçüdə zənginləşdirə bilər: “Yəni İran yekun razılaşmadan sonra uranı həmin şərtlər qorunmaqla zənginləşdirə bilər. Əgər bu şərtlərə riayət olunmazsa, o zaman yekun razılaşmanın əldə edilməsi mümkün deyil”. Onun sözlərinə görə, ABŞ da İsrail kimi İranın uranın zənginləşdirilməsi prosesinə son qoymasının tərəfdarıdır: “Ancaq bu istəyin reallığa çevrilməsi mümkün deyil. İranla razılaşma bizim istədiyimiz kimi deyil, gördüyümüz kimidir. İranda uranın zənginləşdirilməsi prosesi yoxlama və tam nəzarət altında olmalıdır. ABŞ da daxil olmaqla “altılıq” ölkələri iyulun 20-dək İranla yekun razılaşmanın əldə olunmasının tərəfdarıdır”. V.Şerman deyib ki, növbəti nüvə müzakirələrinin yeri və vaxtı məlumdur: “Ancaq bu danışıqlar çox çətin keçəcək. Lakin müzakirələri daha da çətinləşdirmək lazım deyil, məsələnin həlli üçün diplomatik səylər davam etməlidir. İran hələlik öz öhdəliklərinə əməl edir. ABŞ diqqətlə müzakirələrə qatılıb və danışıqların müsbət nəticələnəcəyi hələlik məlum deyil. Ancaq İran və “altılıq” ölkələri razılaşmanın əldə olunması üçün öz üzərlərinə məsuliyyət götürüblər. Ketrin Eştonun müzakirələrin yeni mərhələsi başlanması ilə əlaqədar mart ayında İrana səfər etməsi qərara alınıb”. ABŞ dövlət katibinin müavini vurğulayıb ki, İranla müzakirələrdə müvəffəqiyyət əldə olunub: “Bu da İranın artıq nüvə silahı əldə edə bilməyəcəyidir. Biz bəzən İsraillə eyni fikirdəyik, bəzən də deyil. Lakin İsrailin mövqeyini öyrənmək bizim üçün əhəmiyyətlidir”.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ukrayna və İsrail azad iqtisadi zona yaradır
20.01.2019
Terrorçular Malidə BMT-nin düşərgəsinə hücum edərək 8 sülhməramlını öldürüblər
20.01.2019
Ötən il Ukraynada əhalinin sayı 200 min nəfərdən çox azalıb
19.01.2019
Fransada “Sarı jiletlər”in növbəti aksiyası keçirilir
19.01.2019
Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info