“Xocalı soyqırımını törədənlərin 22 ildir cəzasız qalması təəccüblüdür”
Tarix: 25.02.2014 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Paris Azərbaycan Evi Xocalı soyqırımının 22-ci ildönümü ərəfəsində yerli ictimaiyyəti faciə haqqında məlumatlandırmaq və beynəlxalq aləmi hadisəyə ədalətli hüquqi qiymət verməyə çağırmaq məqsədilə Fransa paytaxtında aksiya keçirib. Parisin mərkəzində - Mars çöllərindəki Joffre meydanında təşkil olunmuş mitinq Xocalı qurbanlarının ruhunun bir dəqiqəlik sükutla anılması ilə başlayıb və 2 saat davam edib.
Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva aksiyada çıxış edərək 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalı şəhərində azərbaycanlı əhaliyə qarşı törətdiyi qətliam haqqında məlumat verib.
Mitinqdə çıxış edən Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov 20-ci əsrin ən dəhşətli qətliamlarından biri - Xocalı soyqırımına, eləcə də, BMT qətnamələrinin yerinə yetirilməməsinə, Azərbaycan torpaqlarının hələ də işğal altında olmasına beynəlxalq aləmin biganə qalmasını təəssüflə qeyd edib və Fransa ictimaiyyətini bu faciəni azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı kimi qəbul etməyə çağırıb. 1992-ci ildə Fransanın Azərbaycandakı ilk səfiri olmuş Jean Perrin də həmin hadisələrin şahidi kimi aksiyaya qatılaraq acı xatirələrini bölüşüb. O, 1992-ci ildə Xocalı faciəsi zamanı yaralanmış sakinləri ziyarət etdiyini və dəhşətli səhnələri hələ də unuda bilmədiyini deyərək belə bir cinayəti törədənlərin indiyəcən cəzasız qalmasına təəccübünü gizlətməyib. Fransız diplomat əlavə edib ki, həmin hadisələrdən 22 il keçməsinə baxmayaraq günahkarların cəzalandırılması üçün heç də gec deyil. Aksiya çərçivəsində Xocalı faciəsini əks etdirən “Xocalı uşaqların gözü ilə” adlı fotosərgi də təşkil olunub, soyqırımı haqqında məlumatlar olan broşürlər, Heydər Əliyev Fondu tərəfindən çap olunmuş kitablar yerli sakinlərə və qonaqlara paylanıb, onlara soyqırımı haqqında videomateriallar da verilib. Qeyd edək ki, Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar Londonda, Türkiyənin İzmir və İstanbul şəhərlərində, Berlində, Nürnberqdə də anım tədbirləri keçirilib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info