“İxtisara düşən işçilərin 89 faizi işlə təmin olunub”
Tarix: 25.02.2014 | Saat: 00:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) keçən ilin IV rübündən beynəlxalq standartlara uyğun olaraq təkmilləşdirmə prosesinə başlayıb. Bu məqsədlə şirkət 5 aydır işçilərin kənardan işə qəbulunu dayandırıb. Aparılan islahatlar şirkətin 7 222 nəfər işçisini əhatə edib.
Onlardan 6 418 nəfəri (89%) artıq işlə təmin olunub. Bunu ARDNŞ-in vitse-prezidenti Xalik Məmmədov bu gün keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu, şirkətin Geofizika və geologiya, Neft kəmərləri, Sosial inkişaf, Qaz ixracı idarələri, Kompleks Qazma İşləri Tresti və «Azneft» İB-nin müəssisələrində aparılan struktur dəyişiklikləri nəticəsində baş verib: «533 nəfər əmək haqqının 5 misli məbləğində müavinət almaqla, başqa fəaliyyət sahələrinə keçib. 108 nəfər bu müəssisələrin ləğvi nəticəsində sərbəstləşən işçilərin məşğulluğunun təmin olunmasına dair proqrama qoşulub, 163 nəfər proqrama qoşulmaqdan imtina edib. Proqrama qoşulmuş 108 nəfər isə 1 il ərzində əmək haqlarının 50%-ni alacaq və bu şəxslərə ikinci ixtisas veriləcək».
X.Məmmədov əlavə edib ki, bu yaxınlarda 43 vakansiya üzrə müsabiqə keçiriləcək. Artıq 64 nəfər bu vakansiyalarla bağlı müraciət edib. Ümumilikdə, hazırda ARDNŞ-də 3 098 vakansiya mövcuddur, şirkətlərin işçilərinin ümumi sayı isə təxminən 60 077 nəfərdir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info