İstanbulda Xocalı faciəsinin qurbanları anılıb
Tarix: 25.02.2014 | Saat: 14:23:00 | E-mail | Çapa göndər


İstanbulda "Zəhra Ana" dərnəyi tərəfindən Xocalı faciəsinin ildönümünə həsr olunmuş anım mərasimi təşkil edilib.
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (İKGF) İstanbuldakı qərargahından verilən məlumata görə, tədbirdə Türkiyə cəfərilərinin lideri Səlahaddin Özgündüz, Azərbaycanın İstanbuldakı Baş Konsulu Həsən Zeynalov, Türkiyə millət vəkilləri Atila Kaya və Ali Özgündüz, İKGF-nin Apparat rəhbəri Elməddin Mehdiyev və Azərbaycanlı millət vəkilləri Elman Məmmədov və Aqil Abbas çıxış ediblər.
"Xocalıya ədalət!" kampaniyasının icraçı qurumu, İKGF-nin aparat rəhbəri E.Mehdiyev tədbirdə çıxış edərək İKGF-nin mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə yaranan kampaniyanın Xocalıda baş verənlərə dünya ictimaiyyəti tərəfindən lazımi hüquqi-siyasi qiymətin verilməsi, faciəni törədənlərin beynəlxalq məhkəməyə çıxarılması yönündə fəaliyyətləri və əldə olunan nəticələr haqqında tədbir iştirakçılarını məlumatlandırıb. E.Mehdiyev həmçinin Azərbaycan dini icmalarının təşəbbüsü ilə başladılmış "Haqqın və Haqqımızın səsi" layihəsi çərçivəsində ictimaiyyətə təqdim olunan "Qazi Qarabağ azanı" haqda danışıb və mənəvi dəyəri yüksək olan bu azanın şəhidlərin ruhunu şad etməyə yönəlik bir çağırış olduğunu bildirib. Qeyd edək ki, Xocalı faciəsinin ildönümü günü Türkiyənin fərqli şəhərlərində, o cümlədən Ermənistanla həmsərhəd bölgələrində Qazi Qarabağ azanının səsləndirilməsi nəzərdə tutulub. Tədbirdə çıxış edən baş konsul Həsən Zeynalov və millət vəkilləri Xocalı faciəsi haqqında ətraflı məlumat verib, faciənin dünyada və xüsusilə Türkiyədə tanıdılmasının əhəmiyyətini vurğulayıblar. Baş konsul Azərbaycanın cəbhədəki vəziyyətlə barışmadığını və hər an torpaqları işğaldan azad etməyə hazır olduğunu qeyd edib. Sonda Türkiyə cəfərilərinin lideri Səlahaddin Özgündüz çıxış edib və Türkiyə ictimaiyyətinin Azərbaycanın kədərini öz kədəri bildiyini qeyd edib. O, Azərbaycanı Vətən olaraq gördüklərini və Qarabağı işğaldan azad etmək üçün 3 milyonluq Türkiyə cəfərilərinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmrini gözlədiklərini bildirib.
Tədbirdə Halkalıda yaşayan Türkiyə azərbaycanlıları tərəfindən hazırlanmış videokliplər və məktəblilərin hazırladıqları səhnəciklər iştirakçıları göz yaşlarına qərq edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info