“Xocalı soyqırımını dünyaya tanıtmaq vicdan borcumuzdur”
Tarix: 25.02.2014 | Saat: 14:27:00 | E-mail | Çapa göndər


Türkiyənin Azərbaycandakı səfirliyində Xocalı soyqrımının 22-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. Tədbirdə Azərbaycanın dövlət rəsmiləri, millət vəkilləri, Azərbaycanda yaşayan Türkiyə vətəndaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb və "TRT" tərəfindən hazırlanan ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən film nümayiş etdirilib.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun Xocalı soyqırımının bütün dünyada, o cümlədən Türkiyədə də geniş anıldığını qeyd edib. Türkiyənin daim Azərbaycanın yanında olduğunu deyən səfir Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaqda Türkiyənin Azərbaycana daim dəstək olduğunu diqqətə çatdırıb: "Xocalı soyqırımını dünyaya tanıtmaq bizim vicdan borcumuzdur. Biz də Azərbaycanla birlikdə Xocalı soyqırımını bütün dünyaya anlatmağa çalışırıq".
Səfir qeyd edib ki, bütün dünya ictimaiyyəti vəhşiliklə törədilən bu soyqırımı tanımalıdır, yalnız ondan sonra faciə qurbanları rahat uyuya bilərlər. Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Səadəddin Topuqçu qeyd edib ki, bu qanlı günləri biz tez-tez xatırlamalıyıq. Kipr türklərinin də başına bu cür faciələr gətirildiyini deyən S.Topuqçu bildirib ki, ermənilər tarix boyu türklərə qarşı qətllər törədiblər. O qeyd edib ki, Kipr türkləri azərbaycanlı qardaşlarının bu kədərini anlayır və paylaşır. K.Topuqçu vurğulayıb ki, işğal olunmuş ərazilər Azərbaycanın tərkibinə qayıdandan sonra həmin şəhidlərin ruhları şad olacaq.
Millət vəkili Məlahət İbrahimqızı çıxış edərək qeyd edib ki, Xocalı faciəsi bütün türk dünyasının faciəsidir. O qeyd edib ki, cinayətin ən yüksək zirvəsi olan Xocalı faciəsinin günahkarları cavab verməlidirlər. Millət vəkili beynəlxalq ictimaiyəti Ermənistana işğalçı siyasətinə son qoymasında təsir göstərməməkdə qınayıb.
Daha sonra çıxış edən millət vəkili Yaqub Mahmudov qeyd edib ki, biz bu qanlı tarixi unutmamalıyıq, hər gün bu faciəni xatırlamalıyıq: "Biz o tarixi yaşadanları da unutmamalıyıq, hadisələrdən ibrət dərsi almalıyıq". Y.Mahmudov qeyd edib ki, ermənilər tarix boyu türklərə qarşı silsilə cinayətlər törədib. O bildirib ki, vaxtilə əlində silah tutub Azərbaycan xalqına qarşı cinayət törədən Serj Sarkisyan bu gün Ermənistanın prezidentidir: "Məgər ədalətdən danışan dövlətlər, beynəlxalq təşkilatlar bunu görmür? Elə ədalətdən danışanların özləri ədalətsizliyin başında dayanar".
O qeyd edib ki, Azərbaycan və Türkiyə bütün bunlara qarşı birgə mübarizə aparmalıdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq
13.11.2018
Tereza Mey: “Brexit” müzakirələri son mərhələyə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info