Azərbaycan nümayəndə heyəti Özbəkistanda səfərdə
Tarix: 25.02.2014 | Saat: 14:42:00 | E-mail | Çapa göndər


Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr edilmiş mərasimdə və “Əmir Teymurun dünya tarixindəki yeri və mövqeyi“ mövzusunda elmi konfransda iştirak etmək üçün Daşkənddə səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin mədəniyyət komitəsinin sədri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov və yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevlə görüşüblər.
Səfir Azərbaycan ilə Özbəkistan arasında münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində görülən işlər haqqında məlumat verib. Bildirilib ki, son illərdə hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələrimizin inkişafına təkan verib.
Nizami Cəfərov bildirib ki, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni-humanitar və digər sahələrdə əlaqələrin inkişafı hər iki tərəfin maraqlarına uyğundur və bu sahədə işlər davam edir. Yunus Oğuz deyib ki, keçən il müəllifi olduğu “Əmir Teymur“ romanı Daşkənddə özbək dilində çap edilib və ədəbi aləmdə böyük maraq doğurub. İndi həmin əsər rus dilində çapa hazırlanır.
Təhminə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info