Xalqımızın başına gələn faciələrin tədqiqatı davam etdiriləcək
Tarix: 25.02.2014 | Saat: 15:34:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının Füzuli adına Əlyazmalar İnstitutunda Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı tədbir keçirib. Əlyazmalar İnstitutunun direktor müavini Paşa Kərimov Əlyazmalar İnstitutunun əməkdaşı, fəlsəfə elmləri doktoru Şöhrət Səlimbəylinin müəllifi olduğu və dördüncü cildi çapdan çıxan "Terrorizm - qan çilənən torpaqlar" kitabından söz açıb və ermənilərin törədikləri vəhşiliklərin, faktların sənədlərdə əksini tapmasının mühüm olduğunu söyləyib. Xocalı faciəsindən danışan Ş. Səlimbəyli həmin vaxt Ağdamda olduğunu bildirib. Müharibə iştirakçısı olduğunu nəzərə çatdıran Ş. Səlimbəyli o dövrdə Azərbaycan rəhbərliyindəki əksər şəxslərin məsuliyyətdən yayındığını, yalnız ədliyyə naziri Əlisaab Orucovun və o zamankı səhiyyə nazirinin münaqişə bölgəsinə tez-tez baş çəkdiyini vurğulayıb: “Ancaq bu, o demək deyil ki, Azərbaycan hakimiyyətindəki adamlar satqın olub. Biz bu məsələdə məsuliyyətli olmalıyıq. Bizim torpaqlarımız Rusiyanın dəstəyi ilə işğal olunub. Xocavəndin 6 kəndi işğal olunmuşdu, o vaxt bizim döyüşçülər Qafana qədər erməniləri qovdu, 1992-ci ildə Ağdərə alındı, Xankəndinə qədər torpaqlarımız azad edildi. Lakin Rusiya torpaqlarımızı azad etməyimizə imkan vermədi”. P. Kərimov Əlyazmalar İnstitutunda xalqımızın başına gələn faciələrin tədqiq edilməsini həmişə diqqət mərkəzində saxladıqlarını və bu istiqamətdə işlərin davam etdiriləcəyini vurğulayıb.
Tədbir iştirakçıları Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırım kimi tanıdılması istiqamətində səylərin davam etdirilməsini zəruri sayıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
“Cümhuriyyət 100 il” adlı rəsm müsabiqəsinə yekun vurulub
20.11.2018
İnzibati məsuliyyətə cəlb edilən piyadaların sayı 100 mini ötüb
20.11.2018
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
20.11.2018
Qloballaşma şəraitində milli dəyərlərimizin konfiqurasiyasının dəyişdirilmə təhlükəsi
20.11.2018
Aysel Fərziyeva yeni vəzifəyə gətirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info