Kənd təsərrüfatı istehsalı yanvarda 3,3% artıb
Tarix: 25.02.2014 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


Azərbaycanda bu ilin yanvar ayında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 196,2 mln. manat olub. Onun sabit qiymətlərlə dəyəri keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,3%, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,3%, bitkiçilik məhsulları üzrə isə 5,1% artıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Belə ki, mal-qaranın qışlamadan salamat çıxarılması üçün lazımi zootexniki və baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi, mal-qaranın baş sayının əvvəlki ilə nisbətən artmasını təmin edib. Nəticədə, bu ilin yanvar ayında əsas heyvandarlıq məhsullarının istehsalının artırılmasına nail olunub. «Yanvar ayında diri çəkidə 36,3 min ton ət, 133,9 min ton süd, 123,5 mln. ədəd yumurta istehsal edilib. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,4%, süd istehsalı 3,2%, yumurta istehsalı isə 11,1% artıb», - deyə Komitənin məlumatında qeyd olunub. Eyni zamanda, bu il yanvarın 1-i vəziyyətinə damazlıq təsərrüfatlarında 6,6 min baş qaramal, 48,8 min baş qoyun və keçi mövcud olub. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün dövlət və özəl damazlıq təsərrüfatları ötən il heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə 1 165 baş qaramal, 7 517 baş qoyun və keçi satıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Əsrin müqaviləsi”nin ildönümü: istehsalat müəssisəsi istismara verilib
20.09.2018
SOCAR-ın bir qrup əməkdaşı “Fəxri neftçi” döş nişanı ilə təltif olunub
20.09.2018
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə yük daşınmasını artıracaq
20.09.2018
Azərbaycanın dostlarının sayı artır
20.09.2018
Kənd təsərrüfatının istehsalı 4,2 faiz artıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info