Argentinadakı erməni icmasından uğursuz addım
Tarix: 25.02.2014 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Erməni icmasının fevralın 24-də Azərbaycanın Argentinadakı səfirliyi və La Plata Dövlət Universitetinin Beynəlxalq Münasibətlər İnstitutundakı Azərbaycanşünaslıq kafedrasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümü münasibətilə "Ermənistan-Azərbaycan münaqişəsi və onun nizamlanmasının regiondakı vəziyyətə təsiri" mövzusunda seminarın keçirilməsinə mane olmaq cəhdləri uğursuz olub.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Palitra”ya verilən verdiyi məlumata görə, tədbirin başlanmasından öncə Argentina erməni icmasının nümayəndələri səfirliyin qarşısına toplaşaraq tədbirə gələn şəxslərin binaya girişinə mane olmağa çalışmış, tədbirin iştirakçılarının ünvanına təhqiramiz ifadələr səsləndirmiş, habelə səfirliyin əməkdaşlarına zor tətbiq etməyə cəhd göstərmişlər. Hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində erməni icmasının təxribatının qarşısı alınmışdır. Tədbirə mane olmaq cəhdlərinin faydasızlığını görüncə erməni icmasının nümayəndələri 26 fevral tarixində Azərbaycan səfirliyinin qarşısında növbəti aksiyaya toplaşacaqlarını bəyan edərək səfirliyin qarşısından uzaqlaşmışlar. Tədbirdə Argentina rəsmi qurumlarının, diplomatik korpusun, akademik çevrələrin, müxtəlif dini və milli icma təşkilatlarının nümayəndələri iştirak etmişlər.
Tədbirin əvvəlində Xocalıda baş verənlər barədə məlumat verilmiş və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra La Plata Universitetinin Azərbaycanşünaslıq kafedrası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi "Mən Azərbaycan haqda nə bilirəm?" inşa müsabiqəsinin qalibləri Rosario Universitetindən Alexandro Cardenas və Kordoba Universitetindən Clara Trillini müvafiq olaraq "Dağlıq Qarabağ məsələsi" və "Ermənistan-Azərbaycan münaqişəsi və BMT" mövzularında hazırladıqları yazılar əsasında çıxış etmişlər. Habelə, hər iki natiq Azərbaycana səfərlərində ölkənin dinamik inkişafının, çoxmədəniyyətliliyinin, ölkədə təhsilə və gənclərin inkişafına verilən önəmin şahidi olduqlarını və Dağlıq Qarabağın erməni icmasının bu məqamları nəzərə almalarının vacibliyini bildirmişlər.
La Plata Universitetindəki Azərbaycanşünaslıq kafedrasının əlaqələndiricisi professor Paulo Botta Cənubi Qafqazdakı geosiyasi vəziyyət, Azərbaycan-Gürcüstan-Türkiyəni birləşdirən strateji əhəmiyyətli enerji, infrastruktur və nəqliyyat layihələri, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi səbəbindən bu layihələrdən kənarda qalmasından danışmışdır. Güc tətbiq etməklə bir dövlət tərəfindən digər dövlətin ərazilərinin işğalının yolverilməz olduğunu vurğulayan natiq, Ermənistanın inkişafı üçün ən optimal yolun Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığına qoşulması olduğunu, bunun üçün ilk öncə Ermənistanın öz hərbi qüvvələrini Azərbaycan ərazilərindən çıxarmalı olduğunu demişdir.
Səfir Məmməd Əhmədzadə münaqişənin kökləri, Ermənistanın təcavüzünün nəticələri, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlər, münaqişənin nizamlanmasına dair Azərbaycanın mövqeyi barədə danışmışdır. Azərbaycanın regionun inkişafına verdiyi töhfələr və ölkəmizin təşəbbüskarı olduğu strateji layihələr barədə məlumat verən M.Əhmədzadə habelə, müxtəlif iqtisadi-sosial göstəricilərin qarşılıqlı müqayisəsini verməklə qısa müddət ərzində Azərbaycanla Ermənistan arasında Azərbaycanın xeyrinə formalaşmış böyük fərqi diqqətə çatdırmış, bu fərqin getdikcə daha da dərinləşəcəyini bildirərək, münaqişənin tezliklə nizamlanmasının Ermənistana və ümumilikdə regiona gətirəcəyi faydalardan bəhs etmişdir.
Sonda tədbir iştirakçılarına Xocalı soyqırımı və Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı xüsusi hazırlanmış materiallar paylanmışdır.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib
16.11.2018
Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
16.11.2018
“Gənclər və gənclər təşkilatları Azərbaycanın maraqlarının xaricdə müdafiəsində daha yüksək fəallıq göstərirlər”
16.11.2018
İsrail Azərbaycana yeni səfir təyin etdi
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info