“Sumqayıt Texnologiyalar Parkı”nın nəzdində texniki komitə yaradılıb
Tarix: 25.02.2014 | Saat: 17:57:00 | E-mail | Çapa göndər


“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin nəzdində Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən “Sənaye məhsullarının standartlaşdırılması üzrə” texniki komitə (TK) yaradılıb. TK-nın yaradılmasında məqsəd sənaye sahəsində milli və beynəlxalq standartlaşdırma istiqamətində həyata keçirilən tədbirlərin təkmilləşdirilməsi və səmərəliliyinin artırılmasıdır. Artıq komitənin əsasnaməsi, strukturu, tərkibi və 2014-cü il üçün fəaliyyət planı təsdiq edilib. Komitənin əsas vəzifələrinə sənaye sahəsini tənzimləyən standartların və digər normativ hüquqi sənədlərin layihələrinin hazırlanmasını və ekspertizasını həyata keçirmək, beynəlxalq təcrübəyə əsaslanaraq, sahə üzrə standartlaşdırmanın illik və perspektiv planlarını tərtib etmək daxildir. TK-nın fəaliyyət planına uyğun olaraq cari il ərzində Avropa standartları əsasında elektrik kabelləri, gəmilərin elektrik avadanlıqları üçün idarəetmə və güc kabelləri, su təchizatı, drenaj və təzyiq altında olan çirkab suların axıdılması, habelə qaz nəqli üçün polimer boru kəmərləri sistemi və s. ilə bağlı 20 milli standart layihəsinin işlənib hazırlanması nəzərdə tutulur.

Nigar




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info