Kiprdəki azərbaycanlı tələbələr “Xocalıya ədalət!” adlı videoçarx hazırlayıblar
Tarix: 25.02.2014 | Saat: 17:59:00 | E-mail | Çapa göndər


Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı müxtəlif ölkələrdə yaşayan soydaşlarımız tərəfindən tədbirlər təşkil olunur. Bu tədbirlərdə xaricdə təhsil alan tələbələr də fəal iştirak edirlər. Kiprdə təhsil alan azərbaycanlı tələbələr orada yaşayan əhaliyə Xocalı soyqırımı ilə bağlı məlumatları çatdırmağa çalışırlar.
Bu istiqamətdə təşkil olunan tədbirlərdən biri kimi Kiprdə təhsil alan tələbələr “Xocalıya ədalət!” adlı videoçarx hazırlayıblar. Bununla bağlı məlumat verən
Şimali Kiprdə fəaliyyət göstərən Doğu Akdeniz Universitetinin tələbəsi Rəşad Bədirli bildirdi ki, bu videoçarxın hazırlanmasında məqsəd gələcək nəsillərə bu faciəni çatdırmaqdır: “Çünki tarixi videoya və ya şəkilə köçürməsən məhv olar. Ona görədə mənim və digər azərbaycanlı tələbə yoldaşım Vahab Dadaşlının təşəbbüsü ilə Xocalı soyqırımına aid videocarx hazırladıq. Burada yaşayan tələbələrin əllərində “just for khojaly” olan yazı ilə şəkillər çəkildi və Xocalı haqqında geniş məlumatlar verildi. Bundan başqa Kiprin Lefkoşa və Famaqusta şəhərlərində yürüş də təşkil olunacaq. Bu videonu burada və Bakıda da nümayiş etdirəcəyik. Bununla bərabər “Dolu” filmini də nümayiş etdirəcəyik”. R. Bədirli onu da bildirdi ki, bunları ilk növbədə tələbələrə də göstərəcəyik: “Çünki orada “just for khojaly” yazılır. Bunun mənasını başa düşərlər, amma anlamını hər kəs anlamaz. Buna görə də videoçarxı göstərəcəyik və Xocalı haqqında çox geniş məlumatlar vərəcəyik. Bu məlumatları çatdırmaq bizim borcumuzdur. Videonun çəkilişi zamanı hətta bir çinli qıza yaxınlaşdıq ki, şəkil üçün köməklik göstərsin. Amma o, Xocalı haqqında məlumatı olmadığına görə, suallar verdi. Biz də anladıq ki, deməli hələ də geniş məlumatlar yoxdur. Buna görə də onu dəvət etdik və ona Xocalı soyqırımını geniş şəkildə izah etdik. Bundan sonra o özü istədi ki, əlində “just for khojaly” yazılan kağızla bizimlə şəkil çəkdirsin. Əlindən gələni edəcəyini bildirdi. Əvvəlcə məlumatsız olduqları üçün bir az “niyə bunu edirsiniz?” sualını verirlər. Amma biz onları dəvət edirik, söhbət edirik və bu ağrımızı, acımızı onlarla bölüşürük. Onlar da bizə məlumat üçün çox təşəkkür edirlər və dostlarıyla paylaşırlar. Videoçarxı da tələbələrlə bölüşəcəyik ki, onlar da araşdırsınlar və dostlarıyla paylaşsınlar. Azərbaycanlıların xaricdə necə aktiv olduqlarını görsünlər. Xocalıyla bağlı kitablar jurnallar və digər məlumat vasitələrini paylaşdıq və yenə də paylaşacağıq. Hər kəsin məlumatı olmalıdır. Çünki Xocalı faciəsi böyük bir qətliamdır. Bu istiqamətdə həqiqəti çatdırmaq üçün əlimizdən gələni edəcəyik”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10120

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info