Təbrizdə Xocalı faciəsi qurbanları anılıb
Tarix: 25.02.2014 | Saat: 18:26:00 | E-mail | Çapa göndər


Azərbaycanın Təbrizdəki Baş Konsulluğunda Xocalı soyqırımının 22-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
Azərbaycanın Təbrizdəki Baş Konsulluğundan verilən məlumata görə, mərasimdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, baş vermiş faciənin mahiyyəti və acı nəticələri haqqında mərasim iştirakçılarına məlumat verilib.
Azərbaycanın Təbrizdəki baş konsulu Əli Əlizadə mərasimdə çıxış edərək Xocalı soyqırımının əvvəlcədən düşünülmüş şəkildə, azərbaycanlıların milli-etnik əlamətlərinə görə kütləvi sürətdə məhv edilməsi məqsədi ilə həyata keçirildiyini deyib.
Ə.Əlizadə Xocalı soyqırımının təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyət əleyhinə cinayət olduğunu, tarix boyu erməni ekstremist qüvvələrinin "Böyük Ermənistan" yaratmaq planı ilə Azərbaycan, İran və Türkiyə ərazilərində yerli əhaliyə qarşı bir çox qırğınlar törətdiyini bildirib və vurğulayıb ki, Azərbaycanın qədim tarixi torpaqlarında təsis edilmiş Ermənistan dövləti daim Azərbaycana və digər qonşu dövlətlərə qarşı ərazi iddiaları irəli sürüb. Ə.Əlizadə ermənilərin dünya ictimaiyyətinin diqqətini yayındırmaq, özlərinin törətdiyi cinayətləri ört-basdır etmək üçün qondarma "erməni soyqırımı" və digər yalan iddialarla çıxış edərək Xocalı soyqırımını törədənlərin cəzalandırılmasının bu cür cinayətlərin təkrar həyata keçirilməsinin qarşısının alınmasında vacib rol oynayacağını bildirib. Ə.Əlizadə deyib ki, faciədən 22 il ötməsinə baxmayaraq əksər dünya dövlətləri məsələyə hələ də ikili standartlarla yanaşır. O əlavə edib ki, bu faciə dünya dövlətləri, xüsusilə müsəlman ölkələrində anılmalı və gələcək nəsillərə aşılanmalıdır.
Baş konsul vurğulayıb ki, Xocalı faciəsi ilk olaraq ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən soyqırım kimi öz siyasi-hüquqi qiymətini alıb və hazırda Azərbaycan Prezidentinin rəhbərliyi ilə Azərbaycan hökuməti, xalqı və qeyri-hökumət təşkilatları tərəfindən aparılan işlər nəticəsində bu soyqırıma siyasi-hüquqi qiymət verən dövlətlərin və beynəlxalq təşkilatların sayının ilbəil artır, eləcə də soyqırımın beynəlxalq səviyyədə tam siyasi-hüquqi qiymət alması üçün dünya dövlətləri, xüsusilə müsəlman ölkələri tərəfindən dəstək verilir. Mərasimdə iştirak edən Şərqi Azərbaycan valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müşaviri Seyid Yusif Bəşiri də çıxış edərək Xocalıda baş verənlərin bir insanlıq faciəsi olduğunu bildirib, islam dininə görə hətta bir günahsız insanın qətlə yetirilməsinin bəşəriyyətin məhvinin günahına bərabər tutulduğunu qeyd edib, islami dəyərlərə görə Xocalı, Vyetnam, Fələstin və başqa ərazilərdə baş vermiş nəinki kütləvi qırğın, hətta tək bir insanın öldürülməsinin də cinayət olduğunu vurğulayıb.
O, İranın da minlərlə şəhidinin olduğunu qeyd edərək İran xalqının dünyada törədilən qırğınların, o cümlədən Xocalı qətliamının acısını dərindən hiss etdiyini diqqətə çatdırıb. Mərasimdə İranda fəaliyyət göstərən azərbaycanlı iş adamı, Qarabağ müharibəsi veteranı Vahid Şərafətdinov da çıxış edib.
Çıxışlardan sonra erməni təcavüzü və Xocalı soyqırımının dəhşətlərindən bəhs edən film nümayiş etdirilib və soyqırım qurbanlarının xatirəsinə ehsan verilib. Xocalı faciəsinə dair jurnal və bukletlər, fars dilinə tərcümə edilmiş digər əyani materiallar mərasim iştirakçılarına paylanıb. Mərasim iştirakçıları Baş Konsulluq tərəfindən Xocalı soyqırımına aid şəkillərdən hazırlanmış foto-stendə və foto-sərgiyə baxmış, həmçinin sərgilənən kitab, jurnal və bukletlərlə tanış olublar.
Mərasimdə İranın Şərqi Azərbaycan valisinin siyasi və təhlükəsizlik məsələləri üzrə müşaviri və vilayətin digər rəsmiləri, İran İslam Respublikası Xarici İşlər Nazirliyinin Şimal-Qərb Nümayəndəliyinin rəhbəri, Türkiyənin Təbrizdəki baş konsulu və Baş Konsulluğunun əməkdaşları, həmçinin, şəhər ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info