“The Guardian”: “Krımlılar Rusiya ilə ittifaq haqqında düşünürlər”
Tarix: 25.02.2014 | Saat: 19:00:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın "The Guardian" nəşri Krımda antiukrayna əhvali-ruhiyyəsinin qalxması barəsində yazıb. Qəzet bildirir ki, çoxsaylı etnik rus əhalisi olan Krımda moskvameyilli əhvali-ruhiyyənin qalxması Kremlin Ukrayna ilə bağlı planlarının obyektinə çevrilə bilər: “Ümumi diqqət mərkəzində bu gün Sevastopol dayanır. Bura Rusiya Qara dəniz donanmasının tarixi bazasıdır. Rusiya KİV-i təsdiq edir ki, son günlərdə kurort yeri Balaklavada gözə dəyən Viktyor Yanukoviç Rusiya hərbi gəmiləri üçün limanda sığınacaq tapıb. Belə bir zamanda isə Sevastopola hiddətlənmiş kütlə yığılmağa başlayıb. Burada etirazçılar müxalifət tərəfindən formalaşdırılmış yeni Kiyev hökumətini rədd edirlər. Onlar Rusiya vətəndaşı olan biznesmen Aleksey Çalovun ardınca gedirlər. Rusiya ilə ittifaq bağlamaqdan söhbət gedir. Bazar günü isə Sevastopolun şəhər şurasında hətta, Rusiya bayrağı qaldırılıb. Bu cür aktivlik isə belə bir sual doğurur ki, Krım bu gedişlə Ukraynadan müstəqillik əldə edə və Rusiya Federasiyası ilə birləşə bilərmi? Bunun Kremldə referendum keçirilməsi ilə başvermə ehtimalından da söhbət açılır. Hələ ki bu variant az inandırıcıdır. Amma hələ ki Moskvanın bu barədə niyyətləri bəlli deyil, Kiyevdə isə hakimiyyət boşluğu yaranıb, Sevastopol Ukrayna üçün gələcəkdə unitar suveren dövlətçilik baxımından açar nöqtəsi rolunu oynaya bilər. İki milyon nəfər əhalisi olan Krımın yarıdan çoxu etnik ruslardan ibarətdir. Sevastopolda olan Rusiya donanması isə 25 min nəfərə iş verir və şəhər əhalisinin kütləvi dəstəyindən istifadə edir. Əgər Ukraynanın qalan böyük hissəsində xalq inqilab ehtirası ilə Leninin heykəllərini yıxırsa, Leninin bu şəhərdəki nəhəng heykəli ağ, klassik binaların arasından sakitcə Qara dənizi seyr edə bilər. Bu binalar isə rus donanmasına məxsusdur. Şəhərin küçələri isə sovet memorialları ilə bəzədilib.
Qeyd edək ki, sonuncu dəfə hələ 2008-ci ildə Sevastopol üsyan əhvali-ruhiyyəsi ilə ələ keçirilmişdi. O vaxt Qərbpərəst Yuşşenko rus donanmasını limandan çıxarmaq barədə bəyanat verəndən sonra bu olay baş vermişdi. Hiddətlənən Rusiyameyilli Krım siyasətçiləri isə bildirmişdilər ki, Yuşşenko belə addım atarsa, bu, konfliktlərə səbəb olacaq. Yuşşenko hakimiyyətini itirəndən sonra isə Yanukoviç bazanın icarə müddətini daha 25 illiyə artırmışdı. Bunun əvəzinə isə Rusiya Ukrayna üçün qazın satış qiymətini aşağı endirmişdi.
Bununla yanaşı, indi də ultrasağ Ukrayna millətçiləri Moskvanı günahlandırırlar ki, Ukraynadan Krımı qoparmaq istəyir. Onlar ehtiyat edirlər ki, Moskva Gürcüstandan Cənubi Osetiya və Abxaziyanı qopardığı kimi, onlara qarşı da bu taktikadan yararlana bilər. 2008-ci ilin müharibəsi ərəfəsində Rusiya bu iki separatçı anklava da Rusiya pasportları paylamışdı. Həmin ilin avqustunda isə Gürcüstanın qərbpərəst prezidenti Mixail Saakaşvili ağılsız bir şəkildə güclə Cənubi Osetiyanı qaytarmağa çalışmışdı. Rusiya buna tammiqyaslı hücumla cavab vermişdi və bəyan etmişdi ki, o, öz vətəndaşlarını aqressiyadan qorumağa borcludur. Yuşşenkonun ətrafı da tez-tez Rusiyanı analoji “pasportlaşdırma”da ittiham edib. Amma həqiqətdə bu barədə ciddi faktlar yoxdur. Amma Kreml həqiqətən də aktiv bir şəkildə yarımadadakı rusiyameyilli təşkilatları dəstəkləyir. Bazar ertəsi günü isə Rusiya Dumasında Ukraynada yaşayanlar və onların ailə üzvlərinə Rusiya pasportu verilməsini asanlaşdıran yeni qanunu müzakirə ediblər. Rusiya Xarici İşlər Nazirliyi də belə bir qorxulu bəyanat verib ki, Ukraynada etnik rusların hüquqları pozulur.
Hələ ki, Vladimir Putinin Ukraynaya münasibətdə niyyəti bəlli deyil. Rusiya dəfələrlə Ukraynanın indiki sərhədlərini müdafiə edib. Bununla yanaşı, Putin indiki Ukrayna dövlətçiliyi ideyasına aşağılayıcı tərzdə yanaşır”.


İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info