“New York Times”: “Pentaqon ordunu azaldır”
Tarix: 26.02.2014 | Saat: 00:12:00 | E-mail | Çapa göndər


Pentaqon ABŞ silahlı qüvvələrinin sayını azaldaraq İkinci Dünya müharibəsi dövründə mövcud olan minimum həddə çatdırmaq niyyətindədir.
ABŞ Müdafiə naziri Çak Heygelin etirafına görə, bu addım ordunun başqa ehtiyaclarını ödəmək üçün qənaət məqsədi daşıyır. 2015-ci il üçün silahlı qüvvələrin büdcəsini təqdim edən Heygel bildirir ki, misal üçün, hələ soyuq müharibənin davam etdiyi dövrdən bu yana istifadə olunan bəzi növ təyyarələrin saxlanmasına nə hacət var? Lakin ordudakı kadr dəyişikliklərinin ümumi heyətə təsirsiz ötüşməyəcəyini xatırladan müdafiə naziri cari ildə ümumi əsgər sayını 520.000-dən 440-450 min nəfərə qədər azaldılacağının gözlənildiyini bildirib. Xatırladaq ki, iki ağır hərbi kampaniyada iştirak edən ABŞ Müdafiə Nazirliyinin ünvanına liberal dairələr tərəfindən hərbi xərcləri məhdudlaşdırmaq çağırışı ilə israrlı tələblər bildirilirdi. Qanunun qüvvəyə minməsi üçün Konqresə təqdim olunması gözlənilir. Çox ehtimal ki, Konqres bu planı cüzi düzəlişlərlə təsdiq edəcək. Heygelin sözlərinə görə, “artıq həqiqətin gözünə baxmaq vaxtı çatıb.
“Bu büdcədə əks olunan maliyyə problemlərinin reallıqlarını əks etdirir” deyən hərbi nazir bildirib: “Tezliklə biz çətin qərarlar qəbul etmək məcburiyyətində qalacağıq. Bu reallıqları biz yaşamalıyıq”.
Pentaqon hələ hərbi qüvvələrini Əfqanıstandan çıxararkən ordunun ümumi sayını 490 min nəfərə endirməyi planlaşdırırdı. Yeni plan gözlənilən dəyərlərin azaldılması hesabına, prezident Barak Obamanın bir vaxtlar bildirdiyi kimi, İraq və Əfqanıstanda döyüşən amerikan əsgərlərinin iştirakına xitam vermiş olacaq. Heygelin sözlərinə görə, ABŞ rəhbərliyi 2017-ci ilə qədər bəzi ölkələrdəki hərbi bazaları bağlamağı da tövsiyə edir.
Lakin o, etiraf edir ki, indiyə qədər dəfələrlə buna bənzər təkliflər konqres tərəfindən rədd edilib. Pentaqon rəhbəri bildirir ki, bu qanunun qəbul edilməsi hərbi qulluqçuların sosial sahədə- mənzil subsidiyaların məhdudlaşdırılmasına, illik maaş artımına, habelə sığorta fondlarına ödənişlərin ölçüsünün artırılmasına da təsir göstərəcək.
"Biz ordunun döyüş hazırlığı institutunu dəstəkləyirik, amma hər hansı müharibə gözlənilmədiyi halda, quru qoşunlarının geniş ehtiva edilməsini dəstəkləmirik”. Bunu da “New York Times” qəzetinə müsahibəsində Pentaqonun yüksək rütbəli nümayəndəsi bildirib. Qeyd edək ki, Heygelin təkliflərinə dərhal reaksiya verilib: “Respublikaçılar xəbərdarlıq ediblər ki, belə azalma dövləti təhlükə altında qoya bilər”.
Ağasəf BABAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır
16.11.2018
Gürcüstandan Rusiyaya gedən avtomagistral yol bağlanıb
15.11.2018
Aİ - Britaniya “boşanması”: İrlandiya, Cəbəllütariq və Kipr üzrə protokollar razılaşdırılıb
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info