“Rusiya Ukraynanın daxili işlərinə qarışmaq niyyətində deyil”
Tarix: 26.02.2014 | Saat: 00:17:00 | E-mail | Çapa göndər


“Moskva Ukraynadakı vəziyyətə müdaxilə etmir və ümid edir ki, beynəlxalq tərəfdaşlar da bu məntiqlə hərəkət edəcək”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. S.Lavrov bildirib ki, Moskvanın Ukraynanın daxili işlərinə müdaxilə etməmək qərarı qətidir:
“Ümid edirik ki, hər kəs bu məntiqlə hərəkət edəcək. Ukraynadakı durumun sabitləşməsi üçün milli dialoqun tələb olunduğu mərhələdə birtərəfli həll yoluna cəhd olunmayacağına və durumun hüquqi müstəviyə qayıdacağına ümid edirik”. Lavrov bildirib ki, Moskva Ukraynaya kömək etməzdən əvvəl ölkənin gələcək hökumətinin tərkibini və proqramını bilməlidir: “Biz bilmək istəyirik ki, Ukraynanın bu günlərdə formalaşan yeni hökumətində kimlər yer alacaq, yeni hökumətin proqramı necə olacaq”. Onun sözlərinə görə, hazırda Ukraynada iqtisadiyyatının bərpası və inkişafı üçün normal şərait yaratmaq lazımdır: “Bu isə asayişin və milli barışığın bərpa olunmasını tələb edir”. Qeyd edək ki, Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Ketrin Eşton Ukrayna parlament partiyalarının rəhbərləri ilə görüşüb. Müxalifətin liderləri Arseniy Yatsenyuk (“Batkivşina”), Vitali Kliçko (UDAR) və Oleq Tyaqnibok (“Svoboda”) ilə Eşton Ukraynadakı vəziyyəti və iqtisadi böhrandan çıxış yollarını müzakirə edib. Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə komissarı bəyan edib ki, yeni hökumətin formalaşdırılmasından sonra Avropa Birliyi Ukraynaya yardım edəcək. Ketrin Eşton, həmçinin, Regionlar Partiyasının nümayəndəsi Aleksanr Yefremov ilə də görüşüb. Bu arada parlamentdə Regionlar Partiyasının təmsil edən Yanukoviçin müşaviri Anna Qerman “Rada” telekanalının efirində bəyan edib ki, Ukraynanın prezidenti Vuktor Yanukoviç ölkə ərazisindədir. Ukrayna Ali Radası Hollandiyanın Haaqa şəhərində yerləşən Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edərək, Viktor Yanukoviçin insanlığa qarşı cinayət törətmək ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edib. UDAR partiyasının lideri Vitali Kliçko prezident seçkilərində iştirak etmək niyyətindədir. Bunu V.Kliçko jurnalistlərə açıqlamasında deyib: “Mən prezident seçkilərində iştirak edəcəm. Çünki əminəm ki, Ukraynada oyun qaydalarını tamamilə dəyişmək lazımdır. Ədalət olmalıdır. Mən əminəm ki, bunu etmək mümkündür”.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info