İƏT Azərbaycanın ərazi bütövlüyünün bərpası səylərini dəstəkləyir
Tarix: 26.02.2014 | Saat: 14:59:00 | E-mail | Çapa göndər


İslam Əməkdaşlıq Təşkilatının baş katibi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xocalı şəhərində baş vermiş soyqırımın 22-ci ildönümü ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklərin nəticəsində həyatını itirmiş günahsız insanların xatirəsini yad edib. Baş katib Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının Xocalı soyqırımının törədilməsinə zəmin yaratdığını qeyd edib. Həmçinin o, 2013-cü ildə Qvineyanın paytaxtı Konakri şəhərində keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 40-cı iclası zamanı qəbul edilmiş və Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan əhalisinə qarşı törədilmiş qətliamı insanlığa qarşı cinayət kimi tanıyan Qətnaməyə istinad edib. İyad bin Amin Mədəni Azərbaycan Respublikasının öz ərazilərinin işğalına son qoyulması və ərazi bütövlüyünün bərpası naminə həyata keçirdiyi təşəbbüs və səylərin İƏT tərəfindən tam şəkildə dəstəkləndiyini bir daha bəyan edib. Həmçinin İyad bin Amin Mədəni Xocalı soyqırımı zamanı həyatını itirmiş şəxslərin yaxınlarına dərin hüznlə başsağlığı verib. Qeyd edək ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info