Xocalı - əsir şəhər
Tarix: 26.02.2014 | Saat: 15:21:00 | E-mail | Çapa göndər


Azərbaycan Turizm İnstitutunda 20-ci yüzillikdə millətimizin tarixi taleyinə qanla yazılmış Xocalı qətliamı ilə bağlı “Xocalı - əsir şəhər” mövzusunda elmi-ədəbi-bədii formatda tədbir keçirilib. Tədbirdən əvvəl iştirakçılar Xocalı soyqırımına həsr edilmiş kitab sərgisi ilə tanış olublar. ATİ-nin Tədqiqat və inkişaf şöbəsinin müdiri, tarix elmləri doktoru Xaləddin İbrahimlinin “Erməni milli ideologiyası və iddiaları” mövzusunda məruzə-təqdimatındakı təməl prinsiplər iştirakçılar tərəfindən maraqla qarşılanıb. Faciənin şahidi Asif Yusifov isə öz çıxışı zamanı fevralın 25-dən 26-na keçən gecəni və ondan sonrakı günlərdə xocalıların erməni qəddarlığına, azğınlıqlarına qarşı həyatları bahasına ölüm-qalım mücadiləsini böyük ürək ağrısıyla, detallı faktlarla isbatlayıb: “O gecə şəhid şəhər Xocalı asanlıqla düşmənə təslim olmadı. Elə ona görə də fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələrinə, 366-cı motoatıcı alayının qaniçən əsgərlərinə qarşı mərdliklə döyüşən oğul və qızlarımızın qəhrəmanlıqlarını da unutmamalıyıq. Onlar məkirli və azğın düşmənə qarşı vuruşmasaydılar itkilərimiz daha çox olardı. Bu gün xocalılardan bircə nəfər də sağ qala bilməzdi. Təəssüf ki, dünyanın gözü qarşısında baş vermiş bu soyqırımı törədənlər hələ də cavabsız qalıb”. “Xocalı - əsir şəhər” mövzusuna həsr olunmuş elmi-ədəbi-bədii tədbirdə Turizm İnstitutu tələbələrinin hazırladıqları səhnəciklər, həmçinin ingilis, rus, alman, fransız, ispan dillərində edilən çıxışlar böyük maraqla qarşılandı. Tədbirin sonunda ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov Xocalı faciəsinin bəşəriyyətə, insanlığa böyük ləkə olduğunu dedi: “Bugünün özündə də dünyanın bir sıra ölkələrində qan töküldüyünü, insanların haqlı-haqsız qurşuna tuş gəldiklərini diqqətə çatdırdı. Yayılan informasiyaların və görüntü materiallarının təqdimində ölkə maraqlarının üstünlük təşkil etməsinə baxmayaraq, yenə də insanların həmin hadisələrdən xəbərdar olduqlarını bildirdi. Amma o gecə Xocalı soyqırımının törədildiyi anlardan dünya xəbərsiz qaldı. O dövrdə hakimiyyətdə olanlar səkkiz ailənin yer üzündən silinməsinə, 613 nəfərin vəhşicəsinə qətlinə, 56 nəfərin xüsusi qəddarlıqla öldürülməsinə seyirçi qaldılar. Faciənin miqyasını kiçildərək martın 2-də rəsmi dövlət qəzetləri, Azərbaycan Televiziyası və Radiosu vasitəsilə 2 nəfərin öldürülməsi xəbəri yayımlandı. Beynəlxalq ictimaiyyət 20-ci əsrin 92-ci ilində Xocalı soyqırımı haqqında yanlış məlumatlandırıldı. Bu gün siz tələbələrin Xocalının anım günü ilə bağlı çıxışları və faciənin səhnələşdirilmiş şəkildə bizlərə təqdimatı belə deməyə əsas verir ki, bu faciə unudulmayacaq. Siz tələbələrdən isə ilk öncə ən böyük tələbimiz bu faciələri unutmamaqla yanaşı, bilik və bacarığınızı üzvü şəkildə birləşdirməkdir. Yadda saxlayın ki, bilik və bacarıq sizləri inkişafa, böyük amallara, müqəddəs məqsədlərə yetişməyinizə təkan verə bilər. Bir daha xatırladıram ki, Vətən uğrunda şəhid olanları unutmağa, unutdurmağa haqqımız yoxdur. Bugünkü tədbir vətən övladlarına, şəhid xocalılara sədaqət andımızdır”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info