Alexandra Moreno Pirakive Meksikadakı səfirliyimizə müraciət ünvanladı
Tarix: 26.02.2014 | Saat: 15:25:00 | E-mail | Çapa göndər


Kolumbiya Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, 2012-ci ilin 28 mart tarixində Kolumbiya Senatında qəbul edilmiş "Azərbaycan Respublikası ərazisinin qanunsuz işğal edilməsi" barədə Qərarın müəllifi senator Alexandra Moreno Pirakive tərəfindən Azərbaycanın Meksikadakı səfirliyinə müraciət ünvanlanıb.
Müraciətdə Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilərək, Kolumbiya Respublikası Senatı və xalqının Azərbaycan Respublikasının qardaş xalqı ilə həmrəyliyi ifadə olunur.
Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyinin yaydığı məlumata görə, müraciətdə 1992-ci ilin 25 fevral gecəsində Ermənistan Respublikasının işğalçı qoşunları tərəfindən 613 nəfərin öldürüldüyü xatırlanaraq, bu zorakılıq aktının unudulmaması və bir daha təkrarlanmaması naminə davamlı birgə işin aparılmasına çağırış ifadə edilir. Müraciətdə həmçinin Kolumbiya Konqresinin Senat və Nümayəndələr palatasının üzvlərinin hər iki palatada müvafiq qərarlar qəbul etməklə, Azərbaycanın mülki əhalisinin iztirablarını anladıqları qeyd edilərək, onların təqsirkarları yekdilliklə qınadıqları diqqətə çatdırılır. Həmçinin Azərbaycan xalqına hörmət və dostluq hissi bir daha ifadə olunur.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Bosniya və Herseqovina Nümayəndələr Palatasının sədrinin Azərbaycana səfəri başlayıb
20.09.2018
Pakistan Senatının sədri Azərbaycana səfərə gəlib
19.09.2018
Liberman Azərbaycanın İsrail üçün strateji əhəmiyyətini və geosiyasi zəruriliyini etiraf edib
19.09.2018
Çin xarici işlər naziri: “Azərbaycan dünyada ciddi nüfuzu ilə seçilən dövlətə çevrilib”
19.09.2018
Omanın Dövlət Şurası sədrinin Azərbaycana səfəri başlayıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info