Meksikanın nüfuzlu qəzetində Ermənistanın işğalçılıq siyasəti haqqında məqalə
Tarix: 26.02.2014 | Saat: 15:30:00 | E-mail | Çapa göndər


Azərbaycan Latın Amerikası Assosiyasiyasının prezidenti Natiq Atakişiyevin Meksikanın nüfuzlu qəzetlərindən biri olan "Excelsior" qəzetində "İşğal və Soyqırım" adlı məqaləsi dərc olunub. Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfirliyinin yaydığı məlumata görə, məqalədə Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti çərçivəsində 26 fevral 1992-ci il tarixində Xocalıda törətdiyi soyqırımdan ətraflı bəhs edilib.
Müəllif məqaləsində dinc və müdafiəsiz mülki azərbaycanlılara qarşı törədilmiş misli görülməmiş qəddarlığın Ermənistanın Dağlıq Qarabağda və digər işğal olunmuş Azərbaycan ərazilərində apardığı etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu faktlarla qeyd edib. Qadınlara, uşaqlara və yaşlılara qarşı törədilmiş bu vəhşi qəddarlığın Xocalı ilə bitmədiyini qeyd edən müəllif bu soyqırımın nifrətin çoxşaxəli təzahürlərindən yalnız biri olduğunu bildirib. Xocalı soyqırımı ilə milli mənşəyinə görə bir qrup insanın bütövlükdə və ya qismən məhv edilməsi məqsədinin güdüldüyü bildirilərək, bunun 1948-ci ildə BMT tərəfindən qəbul olunmuş "Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması" Konvensiyası ilə təsvir edilən cinayətkarlıq olduğu vurğulanıb. Daha sonra müəllif Xocalı soyqırımının günahkarlarının cəzalandırılmasının gələcəkdə bu cür soyqırımı hallarının təkrarlanmasının qarşısının alınmasına xidmət edəcəyini, Azərbaycan xalqının, beynəlxalq ictimaiyyətdən insanlığa qarşı işlənmiş ən qəddar cinayətlərdən birinə, Xocalı soyqırımına hüquqi qiymət verilməsini gözlədiyini bildirib.
Sonda müəllif dünya ictimaiyyətinin Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsini pislədiyini qeyd edərək, bununla bağlı BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini, həmçinin Meksikanın, Kolumbiyanın hər iki qanunverici palatalarının, Panamanın milli assambleyasının, Perunun, Hondurasın milli konqreslərinin, İslam Əməkdaşlıq Təşkilatının, Avropa, Almaniya, Pakistan, Çex, Rumıniya, Serbiya, Bosniya və Herseqovina parlamentlərinin, ABŞ-ın 14 ştatının (Texsas, Misisipi, Mein, Yeni Meksika ştatlarının və s.) qətnamələrini xatırladıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info