Xocalı ilə bağlı Texas ştatı Senatının proklamasiyası təqdim olunub
Tarix: 26.02.2014 | Saat: 15:33:00 | E-mail | Çapa göndər


ABŞ-ın tanınmış Hyuston Universitetində Azərbaycan Mərkəzi, BAUER Biznes Kolleci və ARDNŞ-ın dəstəyi ilə "Geosiyasi dinamika və Qafqazda beynəlxalq enerji layihələri" adlı konfrans təşkil olunub.
Azərbaycanın ABŞ-dakı səfirliyinin yaydığı məlumata görə, konfransın əvvəlində senator Rodni Ellis adından Xocalı qətliamının 22-ci ildönümünün anılması haqqında Texas ştatı Senatının proklamasiyası təqdim olunub.
Həmin qətnamədə bir çox insan hüquqları təşkilatları tərəfindən bu vəhşiliklərin pislənildiyi, onun bir sıra ABŞ ştatı və digər ölkələr tərəfindən tanındığı qeyd edilir, həmçinin Texas nümayəndələr palatasının bu faciəyə həsr olunmuş əvvəlki qətnamələri xatırlanır. Bundan əlavə ABŞ Nümayəndələr palatasının üzvü Cin Vu adından da Xocalı qətliamının ildönümünə həsr olunmuş sertifikat təqdim olunub.
Bundan sonra Hyustonda yerləşən Azərbaycan Mərkəzinin direktoru və Hyuston-Bakı qardaşlaşmış şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova konfrans iştirakçıları və qonaqları salamlayaraq Xocalı qətliamı barədə qısa məlumat verdi və bu faciənin qurbanları bir dəqiqəlik sükutla yad edildi. Konfrans zamanı Hyuston Universitetinin professorları Radha Radhakrishnan və Conatan Slapin, Yaxın Şərq İnstitutu analitik mərkəzinin eksperti Aleks Vatanka, Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin müşaviri Məmməd Talıbov, ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi Yusif Babanlı, ARDNŞ-ın ABŞ nümayəndəliyinin direktoru Rauf Məmmədov, Dünya bankı icraçı direktorunun məsləhətçisi Sənan Mirzəyev panelistlər qismində çıxış ediblər. Panelistlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi və gerçəklikləri, eləcə də bu münaqişənin regional sabitlik və təhlükəsizliyə təhdidi, ölkəmizin son illər bütün sahələrdə qazandığı uğurları və regional liderə çevrilmiş Azərbaycanın ABŞ-la strateji tərəfdaşlığı, Azərbaycanın Avropa İttifaqı üçün vacibliyi və regionda xüsusi rolu və digər mövzulara çıxışları zamanı toxunublar, auditoriyanın suallarını cavablandırıblar.
Tədbirdə həmçinin Hyuston şəhərində Türkiyə Respublikasının vitse-konsulu Abdullah Topçu və Yunanıstan Respublikasının konsulu Georgios Papanikolau, Texas Ştatı qanunverici orqanın üzvləri və ofislərinin əməkdaşları, Hyuston Universitetinin professor və tələbələri, habelə ABŞ-dakı Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
19.11.2018
Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
19.11.2018
Almaniyadakı azərbaycanlı alimlərin konfransı keçirilib
19.11.2018
İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının toplantısı keçirilib
19.11.2018
Dövlət Komitəsinin nümayəndə heyətinin Amerikaya səfəri Vaşinqtonda davam edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info