Bu da rəsmi statistika: “Ermənistan əhalisi aclıq həddindədir”
Tarix: 26.02.2014 | Saat: 15:44:00 | E-mail | Çapa göndər


Ermənistan xalqı tam aclıq çəkir. Hər halda belə nəticə rəsmi məlumatlardan irəli gəlir. Ermənistan Milli Statistika Xidməti (MSX) bu yaxınlarda "Yoxsulluq və ərzaq təminatı, 2013-cü ilin yanvar-sentyabr ayları" adlı məruzə dərc edib. Məruzədə ölkə əhalisinin istifadə etdiyi qida məhsullarının bir günlük enerjisi haqqında məlumatlar da yer alıb. “Palitra”nın məlumatına görə, bu barədə "news.am" saytı yazır.
Məlum olub ki, 2012-ci ildə (keçən il ərzində məlumatlar hələ hazırlanmayıb) Ermənistan sakinləri tərəfindən istifadə edilmiş qida məhsullarının birgünlük orta enerjisi cəmi 2169 kilokalori təşkil edib. Minimal istehlak səbətinin ərzaq dəstinə əsasən, adambaşına birgünlük norma 2232 kilokalori təşkil edir. Yəni faktiki göstərici normadan 63 kilokalori az və ya 97,2 faiz təşkil edir. Müəllif yazır: "Xatırladaq ki, səbətin məhsul dəstinin özü açıq-aşkar kiçikdir. Əvvəla, birgünlük istehlak enerjisi adi aclığa yaxındır, ikincisi, dəstin strukturunda ciddi nisbətsizlik var. Belə çıxır ki, ölkədə hətta kasıb istehlak norması təmin olunmur".
Müəllifin sözlərinə görə, belə bir fikir mövcuddur ki, paytaxtda həyat əyalətdəkindən daha yaxşıdır. Lakin, elə həmin rəsmi məlumatlara görə, Yerevanda birgünlük enerji orta hesabla ölkə üzrə olan göstəricidən 28 kilokalori geri qalır. Yəni yerevanlılar təkcə aclıq həddini tarazlamırlar, həm də ciddi pəhrizdədirlər. Periferiyada ən pis göstərici norma ilə minus 183 kilokalori fərqlə Armavir vilayəti üzrədir.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Ermənilər ayağa qalxdı: Sərkisyan bundan daha yaxşı idi
22.02.2019
Yerevanda taksi sürücüləri aksiya keçirib
22.02.2019
Moldova dövlət başçısına sui-qəsd təşkil ediləcək
22.02.2019
Ermənistanda intihara cəhd halları 20 faiz artıb
22.02.2019
Peskov: “KTMT-yə üzv dövlətlər arasında müəyyən fikir ayrılıqları var”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info