Azərbaycanın Türkiyədəki səfirliyi silsilə tədbirlər keçirib
Tarix: 26.02.2014 | Saat: 15:46:00 | E-mail | Çapa göndər


Xocalı Soyqırımının 22-ci ildönümü münasibətilə Azərbaycanın Türkiyədəki səfirliyinin təşkil etdiyi silsilə tədbirlər planı çərçivəsində Türkiyənin nüfuzlu QHT-lərindən biri olan Türkiyə Vəkillər Kollegiyasının (Türkiye Barolar Birliği) binasında sözügedən qurum ilə birgə "Xocalı qətliyamı və Qarabağ problemi" mövzusunda iki sessiyadan ibarət geniştərkibli konfrans həyata keçirilib. Türkiyədəki səfirliyimizin bununla bağlı yaydığı məlumata görə, tədbirdə Azərbaycandan olan millət vəkilləri Arif Rəhimzadə, Qənirə Paşayeva, Rüstəm Xəlilov, Türkiyə Vəkillər Kollegiyasının İdarə heyətinin üzvləri başda olmaqla həmin qurumun çox sayda üzvü, Türkiyə Konstitusiya Məhkəməsinin sabiq Sədri Yekta Güngör Özden, Türkiyənin çox sayda QHT-lərinin rəhbərləri və təmsilçiləri, çox sayda elm xadimi və ekspertlər, müxtəlif siyasi partiyaların nümayəndələri, tanınmış ictimai-siyasi xadimlər və KİV nümayəndələri iştirak ediblər. Konfrans Xocalı Soyqırımı ilə bağlı türk dilində hazırlanmış müfəssəl sənədli filmin nümayişi ilə başlamışdır. Daha sonra Türkiyə Vəkillər Kollegiyasının İdarə heyətinin üzvü İzzet Varan, Səfir Faiq Bağırov və millət vəkili Arif Rəhimzadə tədbirin açılış nitqlərini həyata keçiriblər.
Ardından konfransın "Beynəlxalq hüquq təməlində Qarabağ Problemi" mövzusunda olan birinci sessiyası öz işinə başlayıb. Qeyd olunan sessiyanı Türkiyə Vəkillər Kollegiyasının İnsan Hüquqları Mərkəzinin Elmi Şurasının üzvü Abullah Buksır aparıb. Sözügedən sessiyada millət vəkili Qənirə Paşayeva, tanınmış alim Prof. Dr. Ümit Özdağ, Qazi Universitetinin professoru Cəmaləddin Taşkıran və Giresun Universitetinin Rektoru Prof. Dr. Aygün Attar təqdimat ilə çıxış ediblər.
Fasilənin ardından tədbirin "İnsan hüquqları təməlində Xocalı qətliamı" mövzusunda olan ikinci sessiyası öz işinə başlayıb. Sessiyanı Türkiyə Vəkillər Kollegiyasının İnsan Hüquqları Mərkəzinin Elmi Şurasının üzvü Əhməd Dəmirci aparıb. İkinci sessiyada isə Azərbaycan Vəkillər Kollegiyasının Sədri Azər Tağıyev, Xocalıya ədalət beynəlxalq kompaniyasının Türkiyə nümayəndəsi Doç. Dr. Gözge Kılıç Yaşın, millət vəkili Rüstəm Xəlilov və CHP-nin sabiq millət vəkili Onur Öymen öz təqdimatlarını auditoriya ilə bölüşüblər.
Konfransın sessiyalarında iştirak edən insanların çox sayda olması və onların önəmli ziyalı təbəqənin təmsilçiləri olması xüsusi diqqət çəkib.
Tədbir iştirakçılarına Xocalı Soyqırımı ilə bağlı çox sayda təbliğat materialları təqdim olunub.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info