“Fənərbaxça” - “Azəryol” görüşündə Xocalı faciəsi anılıb
Tarix: 26.02.2014 | Saat: 15:49:00 | E-mail | Çapa göndər


Bu gün İstanbulda qadın voleybolçulardan ibarət Bakının “Azəryol” komandası Avropa Voleybol Konfederasiyası (CEV) kuboku yarışının yarımfinal mərhələsində “Fənərbaxça” klubu ilə qarşılaşıb.
Oyun zamanı Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı “Xocalıya Ədalət” kampaniyası çərçivəsində “Azəryol” komandasının təşəbbüsü və İstanbuldakı Baş konsulluğumuzun və İslam Konfransı Gənclər Forumunun təşkilatçılığı ilə Xocalı şəhidlərimiz anılıb. Voleybolçularımız şəhidlərimizin xatirəsinə ehtiram olaraq, oyun başlarkən üzərinə 3 dildə “Xocalıya Ədalət” yazılmış banner ilə bir dəqiqəlik sükutla şəhidlərimizi yad edib meydana qollarında qara sarğı ilə çıxıblar. Stadionda isə azarkeşlərimiz “Xocalıya Ədalət” kompaniyasının köynəklərini geyinərək komandamıza dəstək olublar. Məqsəd bu dəhşətli faciəni dünya ictimaiyyətinin, o cümlədən Türkiyə ictimaiyyətinin diqqətinə bir daha çatdırmaq olub. Oyun Bakı vaxtı ilə saat 19: 00-da baş tutub. İstanbul təmsilçiləri üç setdə oyunu öz xeyirlərinə həll ediblər: 3-0. Hakim olaraq qarşılaşmanı fransız Yaniç Kaladay və bolqar İvaylo İvanov idarə ediblər.
Xatırladaq ki, istanbullular cavab oyunu ilə martın 1-də Bakıda “Azəryol”un qonağı olacaqlar.

Fuad




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
Azərbaycanda pensiya yaşı belə hesablanacaq
15.10.2019
AQTA əməkdaşları bu dəfə “Bala Tofiq” ləqəbli leş ət satan dələduzu ifşa etdi
15.10.2019
Qanunsuz şəkildə işdən azad edilənlər əvvəlki yerlərinə bərpa ediliblər
14.10.2019
Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi” tikilir: VİDEO
14.10.2019
Özəl sektorda əməkhaqqı fondu 33,4 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info