ABŞ başqa ölkələrin peyklərini izləyəcək
Tarix: 26.02.2014 | Saat: 16:02:00 | E-mail | Çapa göndər


ABŞ Hərbi Hava Qüvvələri (HHQ) orbitə digər kosmik aparatları izləyəcək iki peyk çıxaracaq. "Defense News" nəşrinin məlumatına görə, bu barədə ABŞ HHQ Kosmik Komandanlığının rəisi Uilyam Şelton bildirib. Orbitə peyklərin çıxarılması "GSAP" (Geosynchronous Space Situational Awareness Program) proqramı çərçivəsində həyata keçiriləcək. Proqram çərçivəsində buraxılan peyklər elektron-optik sensorlarla təchiz edilməklə geosinxron orbitdə yerləşəcək. Sistemin üstünlüyü əlverişsiz meteoroloji şəraitdə Yer kürəsi səthindən müşahidəni qeyri-mümkün edən digər kosmik aparatları izləməkdən ibarətdir.
Peyklərdən alınan məlumatlar ABŞ kosmik aparatları üçün digər ölkələrə məxsus peyklərin və kosmik "zibil"lərin törədə biləcəyi təhlükənin müəyyənləşdirilməsində istifadə ediləcək. "Orbital Sciences" şirkəti tərəfindən hazırlanan "GSAP" peyklərini "Delta IV" raketdaşıyıcısı ilə Kanaveral kosmik stansiyasından buraxılması nəzərdə tutulur. Kosmik aparatların orbitə nə vaxt çıxarılacağı barədə məlumat verilmir. U.Şeltonun sözlərinə görə, 2016-cı ildə geosinxron orbitə daha iki müşahidə peykinin çıxarılması planlaşdırılır. Əvvəllər "GSAP" proqramı haqqında məlumatlar tam məxfi saxlanılırdı.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Baltik ölkələrində yeni bank qalmaqalı yaşanır
21.02.2019
Nazarbayev hökuməti istefaya göndərib
21.02.2019
“The Washington Post”: “Pentaqon Suriyanın şimalında bufer-zona yaradılması ilə bağlı plan hazırlayıb”
21.02.2019
Mayk Pompeo RUA telekanalına müsahibә verdi
20.02.2019
Ermənistan vətəndaşlarının Türkiyədə olmasının səbəbi ölkələrindəki iqtisadi böhrandır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info