Asrlantürk Akyıldız: “Xocalı qətliamı ermənilərin gerçək üzüdür”
Tarix: 26.02.2014 | Saat: 16:20:00 | E-mail | Çapa göndər


Türkiyə Azərbaycan Dərnəyi İğdır şöbəsinin rəhbəri Arslantürk Akyıldız Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı bəyanat yayıb. Burada bildirilir ki, ermənilərin gerçək üçünü Xocalıda görmək mümkündür: “Çünki onlar 1915-20-ci illər ərzində törətdikləri vəhşilikləri 1992-ci ildə bir daha tətbiq ediblər. Xocalıda müdafiəsiz qalan insanları qətlə yetiriblər. Bu gün erməni zülmündən qaçan minlərcə azərbaycanlı torpaqlarından didərgin düşüb. Ermənilərin Xocalıda vəhşicəsinə törətdiyi soyqırımı əslində azad dünyanın, insanlığın utanc günüdür. Hər fürsətdə türklərə qarşı düşmənçilik edən ermənilər 26 fevral 1992-ci ildə bu düşmənçiliyini bir daha göstərib və dünyanın gözü önündə bu türk qətliamı törədib. Bu soyqırıma da insan haqları ilə bağlı dünya ictimaiyyəti etinasız qalıb. Ancaq türk milləti heç bir zaman erməniləri qətlə yetirməyib. Onların “soyqırımı” iddiaları iftira və yalandan ibarətdir. Bu gün Xocalıda, Qarabağda minlərlə insanı-qadın, uşaq demədən qətlə yetirən ermənilərin babaları, ataları keçmişdə də İğdır və onun ətrafında minlərlə insanı diri-diri evlərə doldurub yandırıblar. Bu da onu göstərir ki, ermənilər qan tökən, türk düşməni olan bir millətdir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir
22.02.2019
“Talibana hərbi təzyiq göstərməyə davam edəcəyik“
22.02.2019
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin regional qovşaqlarından biridir
21.02.2019
“Yeni fərman ciddi bir sosial məsələnin həlli istiqamətində atılan addımdır”
20.02.2019
“Feyk xəbərlər sunamisi Yer kürəsini bürüyüb”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info