Xorvatiyada Xocalı soyqırımının 22-ci ildönümü qeyd edilib
Tarix: 26.02.2014 | Saat: 16:47:00 | E-mail | Çapa göndər


Azərbaycanın Xorvatiyadakı səfirliyi tərəfindən XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. İlk öncə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Xorvatiyadakı səfirliyinə yaydığı məlumata görə, Xocalı faciəsi ilə bağlı keçirilən anım mərasimində çıxış edən Azərbaycan Respublikasının Xorvatiyadakı səfiri Kamil Xasiyev Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli faciələrlə bir sırada durduğunu qeyd edərək, Xocalı faciəsinin bəşər mədəniyyətinə, sivilizasiyasına, insan haqlarına qarşı törədilmiş ən qatı cinayət olduğunu bildirib. Həmçinin, səfirlik tərəfindən Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar olaraq xorvat dilində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektlərini özündə əks etdirən kitab nəşr edilib və Xorvatiya ictimaiyyətə, yerli kitabxana və universitetlərə paylanıb. Münaqişəyə dair əsas BMT qətnamələri və Azərbaycanın BMT-də yaydığı sənədlərdən ibarət kitabın bir fəsli Xocalı faciəsinə həsr olunub.
Xocalı faciəsi ilə bağlı xorvat və ingilis dillərində press-reliz yayılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
149 667 manat gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib
21.01.2019
“Güzəştli mənzil” sistemindəki yeniliklər mayın 1-dən tətbiq ediləcək
21.01.2019
Ötən il 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib
21.01.2019
20 Yanvar əlilləri və şəhid ailələri etibarlı sosial müdafiə sistemi ilə əhatə olunublar
19.01.2019
20 Yanvar əlilləri və şəhid ailələrinə birdəfəlik maddi yardmlar verilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
3 “Mənim güc mənbəyim Bakıdadır”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info