Tengis Sade Baron zu Romkerhall: “Xocalı soyqırımı XX əsr dünya tarixinin ən dəhşətli səhifələrindən biridir”
Tarix: 26.02.2014 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Almaniyanın Noymünster şəhərində alman ictimaiyyətinin geniş iştirakı ilə Xocalı soyqırımının tanıtım tədbiri keçirilib. “Almaniya Azərbaycanlı Gənclər Birliy”nin rəhbəri Elnur Rixter, “Alman-Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti”nin rəhbəri Azad Əzizov və “Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası”nın rəhbəri Tengis Sade Baron zu Romkerhallın təşkilatçılığı ilə baş tutan tədbirdə ilk olaraq faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb. “Alman-Azərbaycan Mədəni Əlaqələr Cəmiyyəti”nin rəhbəri Azad Əzizov və Cəmiyyətin Noymünster şəhərindəki nümayəndəsi Elmira Məmmədova iştirakçılara erməni millətçilərinin vandalizmi barədə danışıb. “Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurası”nın rəhbəri Tengis Sade Baron zu Romkerhallın isə qeyd edib ki, Xocalı soyqırımı XX əsr dünya tarixinin ən dəhşətli səhifələrindən biridir və erməni hərbi qüvvələri tərəfindən həyata keçirilən etnik təmizləmə siyasəti faktıdır. “Almaniya Azərbaycanlı Gənclər Birliyi”nin rəhbəri Elnur Rixter Almaniyanın bir çox şəhərlərində Xocalı faciəsi ilə bağlı keçirdikləri tədbirlərdən danışıb. Bu tədbirlərin hər birində Xocalıda törədilən, ağlasığmaz qəddarlıq və qeyri-insani cəza üsulları ilə müşayiət olunan kütləvi qırğının əsl vəhşilik, genosid olduğunu alman ictimaiyyətinə çatdırmağa çalışdığını vurğulayıb. Daha sonra əksəriyyəti yerli ictimaiyyətin nümayəndələri və ziyalılar olan qonaqlara Xocalı faciəsini əks etdirən videomaterial nümayiş etdirilib. Tədbirdə iştirak edən yerli ziyalılar gördükləri səhnələrdən təsirlənərək, bu cinayəti törədənlərin tezliklə cəzalandırılmasını istəyiblər. Onlar belə bir tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkür edərək Xocalı soyqırımına hüquqi qiymətin verilməsi və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində həllinə yönəlmiş səylərini daha da artırmağa söz veriblər.
Nigar




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
AccessBank taksi xidmətləri üzrə tender elan edir
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info