Binəqədidə Xocalı soyqırımına həsr olunan konfrans keçirilib
Tarix: 26.02.2014 | Saat: 17:26:00 | E-mail | Çapa göndər


Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyəti, "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə “Xocalı soyqırımı: tarixi, siyasi və hüquqi təhlil” adlı konfrans keçirildi.
Konfransda Binəqədi Rayon İcra Hakimiyyəti başçısınıın müavinləri, aparatın şöbə müdirləri, Milli Məclisin deputatı Madər Musayev,YAP Binəqədi Rayon Təşkilatının rəhbərliyi və əməkdaşları, "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasının nümayəndələri və konfransa dəvət edilmiş qonaqlar iştirak etdilər.
Konfransdan əvvəl qonaqlar YAP Binəqədi Rayon Təşkilatında təşkil edilmiş, peşəkar və həvəskar rəssamların əl işlərindən ibarət olan, özündə 1992-ci il 26 fevral qanlı Xocalı soyqırımını əks etdirəm rəsm əsərləri ilə tanış oldular.
Sonra konfrans Xocalı soyqırımının qurbanlarınıın xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Konfrasda çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov bildirdi ki, Xocalı soyqırımı XX əsrdə insanlıq əleyhinə törədilmiş bir cinayətdir. Xocalı Soyqırımından 22 il keçir və bu hadisələr bizdə pessimist əhval ruhiyyə yaratmamalıdır. Qeyd etmək lazımdır ki o dövrdə Azərbaycan indiki kimi güclü deyildi, bügünkü siyasi, iqtisadi və hərbi gücə malik deyildi. Hazırda Azərbaycanın güclü ordusu var və cənab Prezidentin apardığı siyasət nəticəsində artıq dünya ictimaiyyəti Xocalı haqda məlumatlara malikdir. Bu gün Xocalı Soyqırımı bir çox dövlətlər tərəfindən soyqırım aktı kimi tanınır. Bu gün ordumuz, güclü iqtisadiyyatımız imkan verir ki, biz öz qisasımızı alaq.
Sonra "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasının koordinatoru Sevinc İsgəndərova çıxış edərək Xocalı soyqırımına dünya miqyasında siyasi qiymətinin veriməsindən danışdı. O bildirib ki, tanıtım kampaniyası 2008 ci il mayın 8-də Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlanılıb. Kampaniyanın əsas məqsədi bu soyqırımın dünya ictimaiyyətinin diqqətinə çatdırılmasıdır. Son beş ildə kampaniya böyük ugurlara imza atıb, 2009-cu ildə Cenevrədə, 2010-cu ildə Brüsseldə böyük tədbirlər keçirilib. Tədbirlərdə Avropa Parlamentinin deputatları iştirak ediblər. Bu il İndoneziyada məsciddə xütbə oxunub. Hazırda Xocalı Soyqırımının beynəlxalq miqyasda tanıdılması üçün Strateji Araşdırmalar Mərkəzi ilə birgə iş aparılır. Bundan başqa Xocalı haqqında roman yazılması istiqamətində də iş aparılacaqdır.
Konfransda Xocalı Soyqırımının Beynəlxalq Məhkəmə perspektivindən təhlili mövzusunda çıxış edən "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyasının hüquq məsləhətçisi Vusal Qurbanov qeyd etdi ki, bu gün Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanıdılması üçün iş aparılır. Xocalıya Ədalət Kampaniyası artıq “Sosial Həmrəylik” aksiyasına da başlayıb və Xocalda hər iki valideynlərini itimriş 25 şəxs bu gün Binəqədi Rayon İcra Hakimiyytində olub və onlardan ikisinə ilböyu müavinət veriləcəkdir. Törədilmiş Soyqırımın təkcə Azərbaycan xalqına qarşı deyil, eləcə də bütün insanlığa qarşı törədilmiş bir dəhşətli cinayət olduğunu qeyd edən Vüsal Qurbanov bildirdi ki, Xocalı soyqırımının tanınmasının istiqamətində təkcə bir il ərzində dünyanın 40 ölkəsində müxtəlif tədbirlər keçirilib. İslam Konfransı Təşkilatı bu cinayətin soyqırım olması haqda qətnamə qəbul edib. Sonra Pakistan, Meksika, Kolumbiya, Peru kimi dövlətlər Xocalı hadisələrini soyqırım kimi tanıyıb. Bu il isə Honduras Xocalı Soyqırımını tanıyan qətnamə qəbul edib. O qeyd etdi ki, inanırıq ki, bu soyqırımı törədən şəxslər Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunacaqlar.
Azərbaycanlılara qarşı törədlmiş Xocalı Soyqırımı haqqında danışan “Xocalı Soyqırımını Tanıma” İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri Ayna Novruzova bu soyqırımın ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş növbəti etnik təmizləmə aktı olduğunu bildirdi. O dəhşətli soyqırımdan 22 il ötdüyünü lakin bunun heç bir zaman unudulmayacağını qeyd etdi.
Konfransda çıxış edən YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov vurğuladı ki, genosid insanlıq əleyhinə törədilən dəhşətli cinayətdir. Bu soyqırıma siyasi və hüquqi qiymət ilk dəfə ulu ondər Heydər Əliyev tərəfindən verilib. Bu cinayətin dünya ictimaiyyətinə çatdırlmasında mərhum jurnalist Çingiz Mustafayevin əvəzsiz xidmətləri olub. Bu soyqırımın dünyaya tanıdılmasında diasporumuzun da xidmətlərini qeyd etməliyik. Eyni zamanda Xocalıya Ədalət Kampaniyası çərçivəsində də əhəmiyyətli işlər görülüb. 5 il ərzində artıq 8 ölkə bu soyqırımı tanıyıb. İslam Konfransı Təşkilatı bu cinayəti soyqırım cinayəti kimi tanıyıb. ABŞ-ın 14 ştatı da bu aktı soyqırım kimi tanıyıb. Ramiz Göyüşov Xocalı Soyqırımının beynəlxalq birlik tərəfindən tanınması istiqamətində daha aktiv iş aparmaq üçün bir sıra təkliflərlə də çıxış etdi, soyqırım və deportasiya tarixini araşdıran bir qurum yaradılmalması təkilf etdi. R.Göyüşov Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Xocalı ilə bağlı mütəxəssislərin yetişdiriməsinin vacibliyini bildirdi. O eyni zamanada dünyanın müxtəlif universitetlərində Xocalı ilə bağlı mütəxəssislər tərəfindən mühazirələrin keçirilməsini və Xocalı ilə bağlı çap və video məhsulların kütləvi tirajla buraxılmasını, bu soyqırımla əlaqədar fundamental əsərlərin dünya kitabxanalarına göndərilməsini təklif etdi. O çıxışının sonunda gənclərə bu soyqırımın tanıdılması üçün aktiv olmağa və dünya ictimaiyyətinə mütəmadi məlumatların göndərməyə çağırıdı .




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Problemli kreditlərlə bağlı 3 gündə 31 mindən çox şəxs kompensasiya alıb
25.04.2019
Milli zərgərlik sənətinə yiyələnən gənclərə sertifikatlar verilib - VIDEO
24.04.2019
3 ayda Azərbaycan əhalisinin gəlirləri artaraq 12 milyard manatdan çox olub
24.04.2019
Övladlığagötürmədə bu tələblər də əksini tapacaq
24.04.2019
Yaxın vaxtlarda yataqxanalardakı 1200 məcburi köçkün ailəsi yeni mənzillərə köçürüləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
3 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
4 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır
5 “Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info