Kaunasda “Xocalıya ədalət” adlı aksiya keçiriləcək
Tarix: 26.02.2014 | Saat: 17:27:00 | E-mail | Çapa göndər


Xocalı soyqırımı ilə bağlı həqiqətlərin Litvanın digər şəhərlərində yayımlanması məqsədilə Kaunas şəhərində Litva Azərbaycanlı Gənclər Təşkilatı (AYOL) və həmin şəhərdə təhsil alan tələbələrimiz tərəfindən "Xocalıya ədalət!" adlı aksiya keçiriləcək.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, aksiya zamanı Kaunasın mərkəzi prospektində üzərində "Justice for Khojaly" yazıları olan köynəklər və Xocalı haqqında bukletlər paylanacaq.
Eyni zamanda, Klaypeda şəhərində də həmin şəhərdə yaşayan soydaşlarımız və tələbələrimiz tərəfindən Xocalı soyqırımı ilə bağlı tədbir keçiriləcəkdir. Ümumiyyətlə, 23 fevral tarixindən başlayaraq Azərbaycanın Litvadakı səfirliyi tərəfindən Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər həyata keçirilir. Səfirlik tərəfindən ilk olaraq Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülən "Xocalıya ədalət!" beynəlxalq məlumat və təşviqat kampaniyası çərçivəsində Vilnüs şəhərin mərkəzi küçələrində ayrı-ayrı altı xətt üzrə hərəkət edən sərnişin nəqliyyatlarının üzərinə Xocalı faciəsi ilə bağlı posterlər yapışdırılmış, şəhərin küçələrində Xocalı faciəsinə həsr olunmuş təbliğat materialları yerləşdirilmişdir.
Daha sonra, fevral ayının 24-də Vilnüs şəhərində səfirliyin və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə Litva Mikolas Romeris Universitetində Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş "Beynəlxalq kontekstdə Cənubi Qafqazda həll olunmamış münaqişələr - Xocalı soyqırımı" adlı konfrans keçirilmişdir.
Konfransda Litva-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Yuras Pojela, Geosiyasi Araşdırmalar Mərkəzi İctimai Birliyinin direktoru Qreta Monika Tuçkute, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının beynəlxalq əlaqələr üzrə əməkdaşları Mustafa Qurbanlı və Aytac Əlixanlı, Litva-Azərbaycan assosiyasiyasının sədri İmantas Melianas, Mikolas Romeris Universitetinin prorektoru və müəllim heyəti, universitetin beynəlxalq münasibətlər və hüquq fakültəsinin tələbələri, Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) üzvləri iştirak etmişlər. Tədbirə moderatorluğu Mikolas Romeris Universitetinin beynəlxalq hüquq üzrə professoru Laurinas Biekşa həyata keçirmişdir.
Tədbiri giriş sözü ilə açan Mikolas Romeris Universitetinin prorektoru Stasis Vaitkeviçüs Xocalı soyqırımı haqqında danışaraq soyqırımın 20-ci əsrin ən böyük faciələrindən biri olduğunu qeyd etmiş, Azərbaycanın ərazi bütövlüyünün beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmasının vacibliyini vurğulamışdır.
Səfir Həsən Məmmədzadə öz çıxışında konfrans iştirakçılarına Xocalı soyqırımı haqqında ətraflı məlumat verərək Xocalıda Ermənistan silahlı qüvvələri tərəfindən dinc əhaliyə qarşı soyqırım aktının həyata keçirildiyini vurğulamış və Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Sonra çıxış edənlər Geosiyasi Araşdırmalar Mərkəzi İctimai Birliyinin direktoru Qreta Monika Tuçkute, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının beynəlxalq əlaqələr üzrə əməkdaşı Mustafa Qurbanlı, Mikolas Romeris Universitetinin professoru Laurinas Biekşa Xocalı soyqırımı ilə bağlı fikirlərini toplantı iştirakçıları ilə bölüşmüşlər. Çıxış edənlər Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunduğunu vurğulayaraq Avropa Birliyi və Litva tərəfindən münaqişənin həllinə daha çox diqqətin ayrılmasının vacibliyini qeyd etmişlər.
Tədbir çərçivəsində səfirlik tərəfindən elan olunmuş "Mən Qarabağ haqqında nə bilirəm" inşa müsabiqəsinin qalibləri təltif olunmuşdur. İnşa müsabiqəsində 26 Litvalı gənc iştirak etmişdir. Müsabiqədə 1-ci, 2-ci və 3-cü yerləri tutmuş gənclər pul və səfirliyin sertifikatları ilə təltif olunmuşlar. Digər iştirakçılara isə həvəsləndirici mükafatlar və səfirliyin sertifikatları təqdim olunmuşdur.
Sonda konfrans iştirakçılarına Xocalı soyqırımına həsr olunmuş film nümayiş olunmuş, Xocalı soyqırımı ilə bağlı məlumatları özündə əks etdirən sənədlər toplusu paylanmışdır.
Bundan əlavə, fevral ayının 25-də Litvanın nüfuzlu və ən çox oxunan qəzetlərindən biri olan "Lietuvos zinios" qəzetində Qarabağın Azərbaycanlı İcmasının idarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayevin Xocalı soyqırımına həsr olunmuş "Xocalı - naməlum faciə" adlı müsahibəsi dərc edilmişdir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni ən böyük sosial layihəsinə start verir
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10125

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info