AMEA: “Tarixi faciələrimizi başqa xalqlara onların öz dilində çatdırmaq lazımdır”
Tarix: 26.02.2014 | Saat: 17:29:00 | E-mail | Çapa göndər


“Hər hansı tarixi faciə ilə bağlı Azərbaycanda öz dilimizdə kitablar çap etməklə, yeni filmlər çəkməklə heç bir şey qazanmırıq. Hamımız bilirik ki, Azərbaycanın başına hansı faciələr gətirilib. Amma bunu başqa xalqlara çatdırmaq üçün gərək onu onların öz dilində deyəsən”. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik Akif Hacıyev deyib. Onun sözlərinə görə, bu gün də elə ölkələr, adamlar var ki, heç Xocalını tanımırlar. Bu məsələdə alimlərin, tarixçilərin rolunu qeyd edən akademik vurğulayıb ki, onların əsərlərinin, kitablarının xüsusilə xarici dildə yazmaları bu işdə böyük köməklik edə bilər: “Ermənilər 1915-ci ildə türk vətəndaşı ola-ola ingilislərin dəstəyi ilə türklərin əleyhinə çıxış ediblər. Ondan sonra türklər onları bu hərəkətinə görə sürgün ediblər. Amma indi ermənilər bütün tarixi faktlar və faciələrlə bağlı xarici ölkələrdə onların öz dillərində məlumatlar yayaraq inandırırlar. Ona görə də deyirəm ki, bu gün Azərbaycan dilində nəsə çap etməyin o qədər də böyük rolu yoxdur. Xaricdə bunları çap etmək və ya Azərbaycanda xarici dillərdə nəsə çap edib xaricə göndərmək daha əhəmiyyətlidir. Bu işdə elmi kitabxanaların, AMEA institutlarının alimlərinin rolları böyükdür. Biz kiçik xalqıq. Dərdimizi alimlər, tarixçilər dünyaya çatdırmalıdır. Əsas məsələ isə odur ki, hadisələr onların dilində yazmalı, çap edilməli, filmlər çəkilməlidir”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq
18.01.2019
Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
18.01.2019
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info