“Qərb Ukraynanı almağa və Putini sakitləşdirməyə ümid edir”
Tarix: 26.02.2014 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


“The İndependent”: “Ukraynanın təhlükəsizliyi üçün Avropa Birliyi, Rusiya və ABŞ birlikdə fəaliyyət göstərməlidir”

“Kremldə hələ ki qaz və sair rıçaqlar var”


“The İndependent” qəzeti Ukrayna uğrunda gedən mübarizə barədə maraqlı yazı yazıb. Yazıda bildirilir ki, Qərb Ukraynanı almağa və Putini sakitləşdirməyə ümid edir. Yazıda daha sonra belə qeyd edilir: “Rusiya, Avropa Birliyi və ABŞ Ukraynanı xilas etməlidir, onu qalibin “hər şeyi ələ keçirdiyi” oyunda qənimət kimi qəbul etməməlidir. Amma Moskvanın mövqeyi bu barədə bəlli deyil. Moskvada çoxlarının başlamağa çalşdığı Krım kampaniyası isə belə görünür ki, dayandı. Ola bilər ki, Putin Ukrayna inqilabını sadəcə keçmiş sovet ərazisini bərpa etməkdə müvəqqəti maneə hesab edir. Ukrayna üçün “Marşall planı” isə 25 milyard dollar hesab edilir. Yanukoviçin devrilməsindən sonra Qərbdə öz qələbəsi barədə yanlışlıq yaranıb. Amma Ukraynanın təhlükəsizliyini bərpa etmək üçün Avropa Birliyi, Rusiya və ABŞ birlikdə fəaliyyət göstərməlidir. Obama Moskva ilə tutaşmaq istəmir. Avropalılar “Rusiyanın da gələcəkdə iştirak edə biləcəyi iqtisadiyyatın xilas edilməsi üzərində çalışırlar. Amma bu barədə Moskvanın mövqeyi hələ bəlli deyil”. Nəşr qeyd edir ki, Kremlin birinci reaksiyası kəskin idi: “Krımlıların Rusiya himayəsini “qorunmaq” üçün xahiş etmələri daha pis ssenari üçün bir giriş ola bilər. Amma Rusiya sonra daha təmkinli tonda davrandı. Həmçinin Kremldə hələ ki qaz ixracı ilə bağlı və digər nüfuz rıçaqları var”.
“The Times” qəzeti isə yazır ki, Ukrayna haçansa özünün geniş taxıl zəmiləri ilə sovet ölkəsinin həyat mənbəyi kimi çıxış edib: “Hazırda isə onillik təsərrüfatsızlıqdan sonra onun iqtisadiyyatı iflas həddinə çatıb. Qərb Ukraynada kapitalist iqtisadiyyatı və demokratiya qurulmasında yardımçı olmalıdır. Avropanın sərhədlərini Vladimir Putin təyin etməməlidir”. Bu barədə planın qiyməti isə 25 milyard dollardır. Bu layihə “Marşall planı”na bərabərdir və onun məqsədləri heç vaxt təkcə iqtisadi xarakterli olmayıb. Onun təyinatı Stalinə kiçik, zəif Avropa dövlətlərini öz cənginə almaq və özününkü elan etməyə imkan yaratmamaq olub”.
Məqalədə həmçinin qrivnanın qaçılmaz devalvasiyası bardə də bildirilir. Daha sonra qeyd edilir ki,
Ukraynanı indiki vəziyyətdə Avropa Birliyinə qəbul etmək istəmirlər: “Amma Avropa Birliyində Ukrayna üçün korrupsiyadan uzaq, etibarlı investisiyalar üçün açıq olan böyük bazar var”.
Müəllif sonra Zbiqnev Bjezinskinin “Rusiyanın Ukraynaya münasibətində Finlandiya variantına ehtiyac var” məqaləsini şərh edir: “Bu daha bir pis plandır. Ukrayna üçün seçim imkanları geniş olmalıdır və superdövlətlərin sövdələşmələri ilə məhdudlaşmamalıdır”.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info