Mingəçevir gəncləri Xocalı şəhidlərini yad edib
Tarix: 26.02.2014 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


YAP Mingəçevir şəhər təşkilatının Gənclər Birliyi Xocalı faciəsinin 22 ildönümü ilə bağlı Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Xocalı faciəsi insanlığa qarşı ümumbəşəri soyqırımdır” mövzusunda dəyirmi masa keçirdi. Yığıncaq iştirakçıları tədbir öncəsi Şəhidlər xiyabanında yerləşən soyqırım abidəsi önünə gül- çiçək dəstələri qoyaraq soyqırım qurbanları ruhuna öz ehtiramlarını bildirib. Daha sonra Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində tədbiri giriş sözü ilə açan mərkəzin direktoru, YAP Mingəçevir şəhər təşkilatının Gənclər Birliyinin sədri Bəxtiyar Mustafayev Xocalı qurbanlarını 1 dəqiqəlik sükutla yad etməyi təklif etdi. Tədbirdə çıxış edən Mingəçevir şəhər Gənclər İdman İdarəsinin rəisi Kamal Nəcəfli gəncləri bu soyqırımın tanınmasında fəallığa çağırdı. Dünyanın hər bir nöqtəsində “Justice for Khojalı” – “Xocalıya ədalət kompaniyasına” qoşulan və yüksək fəallıq göstərən gənclərə təşəkkürünü bildirdi. Xocalı sakini, şagirdləri ilə birlikdə 18 gün erməni əsirliyində olmuş Cəfər müəllimin çıxışı iclas iştrakçılarında o günlər haqqında dolğun təəssürat yaratdı. Xocalıların Mingəçevirdəki nümayəndəsi Zahir Yusifov iştirakçılara Xocalı şəhərinin qədim tarixi, faciə dövrünə qədər baş verən hadisələrdən ətraflı danışdı.YAP Mingəçevir şəhər təşkilatının təlimatçısı Gənclər Birliyinin sədr müavini Ülviyyə Hüseynova, YAP Mingəçevir şəhər 6 saylı Ərazi İlk Partiya təşkilatının Gənclər Birliyinin sədri Lamiyə İbrahimova, Mingəçevir şəhər Gənclər üçün Təhsil Mərkəzinin koordinatoru Tural Kərimov, Mingəçevir Turizm Kollecinin müəllimi Rüstəm Yusifov, AMİ-nin Mingəçevir filialının və Mingəçevir Politexnik İnstitutunun tələbələri Rəşad Məmmədov, Rəşad Qurbanov, Aqşin Səmədzadə, 21 saylı Ərazi İlk Partiya təşkilatının Gənclər Birliyinin üzvü Nadir Nəbiyev, 43 saylı Ərazi İlk Partiya təşkilatının Gənclər birliyinin sədri Ceyhun İsmayılov və başqaları Xocalı faciəsi haqqında öz fikirlərini tədbir iştirakcıları ilə bölüşdulər. Sonda tədbir iştirakcılarına YAP Mingəçevir Şəhər Gənclər Birliyinin hazırladığı Xocalı soyqırımı haqqında videoçarx nümayiş olundu.
L.İbrahimova




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dumanlı hava şəraiti ilə bağlı sürücü və piyadalara xəbərdarlıq
21.01.2019
“Milliön”dən gizli yolla 122 min manatdan çox vəsaiti talamış şəxs saxlanılıb
21.01.2019
Biləsuvarda 1176 yerlik yeni məktəb binası tikilir
21.01.2019
“AtaSığorta”: “Sığorta yığımları 8,7 milyon manat artıb”
21.01.2019
Ölkəyə narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info