Neft Akademiyası Xocalı ilə bağlı tədbirlər keçirdi
Tarix: 26.02.2014 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


Dövlət Neft Akademiyası Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirib. Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) rektoru, akademik Siyavuş Qarayevin əmri ilə fevralın 21-26 tarixlərində Xocalı soyqırımının tanıdılması istiqamətində tədbirlər planı həyata keçirildi. Tədbirlər planına əsasən ADNA-da ilk dərs saatları Xocalı soyqırımına həsr olundu. Daha sonra auditoriyalarda başlayan anım - etiraz aksiyası, tənəffüs zamanı dəhlizlərdə davam etdi. Əllərində Xocalı soyqırımına etiraz şüarları, plakatlar tutan tələbələr 1 dəqiqə hərəkətsiz dayanaraq "Yerində donma"qla etiraz etdilər. Tələbələrimiz Dünya Birliyini Xocalı soyqırımına ədalətlə yanaşmağa, işğalçını, Azərbaycanda soyqırım törədən Ermənistanı beynəlxalq məhkəmə qarşısında mühakimə etməyə çağırdılar: "ADNA Xocalı soyqırımını unutmur", "Dünya Xocalı soyqırımını tanımalıdır", "Bütün insanlıq erməninin bu vəhşiliyini lənətləməlidir". Qeyd edək ki, əcnəbi tələbələr də "Xocalıya ədalət" kampaniyasında azərbaycanlı tələbələrə həmrəylik nümayiş etdirdilər. Paralel olaraq ADNA Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə komitənin sədri Zəfər Qurbanov, ADNA YAP ilk təşkilatının sədri Tamella Naibova, İctimai fənlər kafedrası professoru İmran Cəfərov tələbələrin iştirakı ilə dəyirmi masa keçirdilər. Tədbirdə çıxış edən Z.Qurbanov, İ.Cəfərov və T.Naibova Xocalı faciəsi barədə danışaraq, işğalçı Ermənistanın törətdiyi vəhşilikləri ürəkağrısı ilə qeyd etdilər. Dəyirmi masada iştirak edən tələbələr üzərində Xocalı soyqırımını əks etdirən köynəklərlə də Xocalıya ədalət istədilər. Bu tədbirlərin davamı olaraq bu gün rektorluq səviyyəsində anım mərasimi keçirildi. Qeyd edək ki, ADNA-nın rektoru, akademik Siyavuş Qarayev Xocalı soyqırımı ilə bağlı dövlət tədbirinə qatılıb. ADNA daxilindəki anım mərasimində Tədris işləri üzrə prorektor, professor Vaqif Qurbanov, Tərbiyə işləri üzrə prorektor, dosent Qasım Məmmədov başda olmaqla, təhsil ocağımızın prorektorları, dekanları, kafedra müdirləri, professor-müəllim heyəti və tələbələr iştirak etdilər. Mərasim iştirakçıları Xocalı qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər. Tədbiri açan V.Qurbanov ADNA daxilində “Xocalıya Ədalət” kampaniyası çərçivəsində keçirilən tədbirlərin rektor, akademik S.Qarayevin əmrinə əsasən keçirilməsi barədə qısa məlumat verdi. Daha sonra Q.Məmmədov çıxış edərək Azərbaycana qarşı yönələn erməni vandalizmini faktlarla qeyd etdi. Bildirdi ki, bu faktlar hansısa türk araşdırmaçısının deyil, məhz ermənilərin özlərinin qürrələnərək “biz türkü belə məhv etdik”-, deyə türkə qarşı etdikləri vəhşilikləri əks etdirən materiallara əsaslanır. Prorektor erməni vəhşiliyinin arxasında Rusiyanın regionda ağalıq etmək niyyətində olduğunu da müəyyən faktlarla qeyd etdi. Eyni zamanda bildirdi ki, özlərini demokrat adlandıran bir çox təşkilatlar - ATƏT, Avropa Şurası, BMT - Xocalı faciəsinin ədalətli qiymətini vermək istəmirlər. Buna görə də Azərbaycan öz ədaləti uğrunda mübarizə aparıb, onu bərpa etməlidir. Tədbirin sonunda Xocalı soyqırımını əks etdirən film nümayiş etdirildi.
Tahirə Qafarlı, ADNA Mətbuat katibi




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info