İsrailin “Birinci radio”sunda Xocalı ilə bağlı müzakirə
Tarix: 26.02.2014 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


İsrailin “Birinci radio” radiostansiyasının israillilər arasında məşhur olan “Günün detalları” verilişində Xocalı qətliamı ilə bağlı tarixi və siyasi şərh verilib. İsrail radiosunun aparıcısı Mark Kriçevskinin Xocalı qətliamı ilə bağlı suallarını cavablandıran beynəlxalq münasibətlər sahəsində ekspert, İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası idarə heyətinin üzvü Arye Qut bildirib ki, misli görünməmiş vəhşiliklə törədilmiş Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. “ Bir gün öncə, Tel-Əvivdə Şimon Peresin Sülh Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının və Heydər Əliyev Fondunun dəstəyi ilə və “Azərbaycan–İsrail” Beynəlxalq Assosiasiyasının (Azİz) təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr olunmuş “Xocalıya ədalət!” adlı sənədli fotosərgi və anma mərasimi keçirilib".
Qutun sözlərinə görə, "Xocalıya ədalət!” adlı sənədli fotosərgidə İsrailin daxili işlər nazirinin müavini, Knesset üzvü Faina Kirşenbaum, Knessetin Diaspor və Absorbsiya Komissiyasının sədri Yoel Razvozov, Knessetin xarici işlər və təhlükəsizlik komissiyasının üzvü, general Fuad Binyamin Ben Eliezer, deputat Rina Frenkel ziyarət etmişlər. Xüsusi olaraq İsrailə bu anım mərasimində iştirak etmək üçün Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fuad Muradov səfər edib. Qut deyib: "Bu fotosərgidə nümayiş etdirilən sənədli şəkillər dəhşətli dərəcədə, dözülməz səhnələr Azərbaycan xalqının ürəyində sağalmaz bir yara açıb. Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri – Xocalı şəhəri cəmi bir gecə ərzində yerlə-yeksan edilərək yandırılıb. Bu faciə bütün bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Artıq tarixi faktdır ki, erməni silahlı qüvvələri və muzdlu dəstələri şəhəri və onun ətraflarını tərk etməyə macal tapmayan heç bir günahsız Xocalı sakininə aman verməmişdi. Erməni silahlı birləşmələrin yırtıcılığı nəticəsində 613 adam qətlə yetirilmiş, 487 adam əlil olmuş, 1275 dinc sakin – qocalar, uşaqlar, qadınlar əsir götürülərək görünməmiş işgəncələrə, təhqirlərə və həqarətlərə məruz qalıblar”.
Xocalı qətliamının səbəbkarları və günahkarları haqqında İsrail radioaparıcısı Mark Kriçevskinin suallarına cavab verən, Arye Qut deyib ki, dünya bu cinayətin təkcə Azərbaycan xalqına deyil, həm də bütün bəşəriyyətə qarşı yönəldiyini bilməlidir: “Faktlar təsdiq edir ki, Xocalı şəhərinin mülki əhalisinin düşünülmüş şəkildə qətlə yetirilməsi bu insanlara yalnız azərbaycanlı olduqlarına görə kütləvi divan tutmaq məqsədi daşımışdır. Bu gün Ermənistanda yüksək vəzifə tutan Seyran Ohanyan, Serj Sarkisyan, sabiq prezident Robert Koçaryan və başqaları Xocalı soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər”.
İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası idarə heyətinin üzvü Arye Qutun sözlərinə görə, cinayət cəzasız qalmamalıdır: "Dünya ictimaiyyəti hərbi-siyasi təcavüzə görə Ermənistana qarşı ittiham irəli sürməlidir. Beynəlxalq qurumlar, dünya ölkələrinin parlamentləri Ermənistanın Azərbaycan ərazisində törətdiyi Xocalı soyqırımına əsl soyqırımı kimi beynəlxalq hüquqi-siyasi qiymət verməlidir”.


İlkin




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Nigeriyada silahlı toqquşmalar zamanı 66 nəfər həlak olub
21.02.2019
Baltik ölkələrində yeni bank qalmaqalı yaşanır
21.02.2019
Nazarbayev hökuməti istefaya göndərib
21.02.2019
“The Washington Post”: “Pentaqon Suriyanın şimalında bufer-zona yaradılması ilə bağlı plan hazırlayıb”
21.02.2019
Mayk Pompeo RUA telekanalına müsahibә verdi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info