Quram Marxuliya: “Ermənilər hər bir əsrdə Xocalı faciəsi törədiblər”
Tarix: 26.02.2014 | Saat: 19:05:00 | E-mail | Çapa göndər


“Mənim Abxaziyadakı evimdə erməni ailəsi yaşayır. Bu gün yalnız mənim deyil, minlərlə gürcünün evində ermənilər yaşayır”. Bu sözləri Tiflisdə Xocalı soyqırımına həsr edilən tədbirdə çıxışı zamanı tarix elmləri doktoru, professor Quram Marxuliya deyib. Onun sözlərinə görə, Xocalı faciəsi nəinki Azərbaycan xalqının, eləcə də gürcü xalqının faciəsidir: “Mənim evimdə erməni ailəsi yaşayır. Abxaziyada və Sxinvali bölgələrində müharibə başlayanda Xocalı faciəsi baş verdi. Çox təəssüf edirəm ki, onda biz bu faciəyə diqqət yetirə bilməmişik. Bizim da başımız qarışmışdı. Onda bu faciə barədə yalnız Azərbaycanda məlumat yayılmışdı. Bu gün Gürcüstan ictimaiyyəti erməni vəhşiliyi və terrorçuluğu barədə çox şey bilir. Bu gün gürcülər yaxşı bilirlər ki, balaca Xocalı şəhərində erməni quldurları hansı vəhşiliklər törədiblər. Ermənilər əraziləri bu yollarla boşaldaraq öz dövlətlərini qurublar. Bu gün başqa ölkənin torpaqları üzərində öz dövlətlərini quran ermənilər sabah istər Azərbaycan, istərsə Türkiyə, istərsə də Gürcüstan ərazisində yeni torpaqların alınması ortaya çıxarsa, bunun üçün terror törətməkdən imtina etməzlər. Çünki onlar bizim ərazilərdə öz dövlətlərini yaratmağa cəhd edirlər. Bu, erməni terrorçuluğunun fenomenologiyasıdır. Onlar hər bir əsrdə Xocalı faciəsi törədiblər. 1918-ci ildə on minlərlə azərbaycanlı nəinki Dağlıq Qarabağda, eləcə də Azərbaycanın paytaxtı Bakıda öldürülüb. Quba məzarlığı buna nümunədir. Mən bir neçə gün əvvəl Qubada oldum və ermənilərin burada 1918-ci ildə törətdiyi dəhşəti və vəhşiliyi gördüm. Ermənilər 4 mindən çox uşaq, qadın və qocaları rəhm etmədən öldürüb və Azərbaycan ərazilərində “təmizlik” aparıblar ki, dövlətlərini yaratsınlar. Buna görə də yeni Xocalı faciəsinin təkrar olunmaması üçün Azərbaycan və Gürcüstan həmişə öz tarixi əraziləri olan Qarabağ və Lori uğrunda mübarizə aparmalı, Azərbaycan dövlətinin ərazi bütövlüyünü bərpa etməlidirlər”. Gürcü professoru ermənilərin Tiflisdə də gözü olduğunu bildirib: “Onlar Tiflisin Ermənistanın paytaxtı olduğunu bildirib deyirlər ki, gürcülər Kutaisi şəhərinə köçməlidir. Onlar bu şəhərin Gürcüstanın qədim paytaxtı olduğunu əsas gətirərək istəyirlər ki, gürcülər Kutaisi şəhərinə köçsünlər.” Q.Marxuliya bu gün Xocalı soyqırımı törədən erməni cinayətkarların Ermənistan dövlətinin başında durduğunu bildirib. Onun sözlərinə görə, Sarkisyan başda olmaqla Xocalı soyqırımını törədənlər bu gün Ermənistanı idarə edirlər: “Onlardan Xocalı soyqırımını tanımağı gözləmək çox çətindir”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“Azərbaycan qazının Avropaya çatması tarixi hadisə olacaq”
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info